Prezident İlham Əliyev Vyetnam liderinə başsağlığı verib

 

Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

 

Hörmətli cənab Prezident,

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, görkəmli dövlət xadimi Nquyen Fu Çonqun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Nquyen Fu Çonqun Azərbaycan ilə Vyetnam arasında dostluq əməkdaşlıq əlaqələrinin xoş ənənələrinin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Biz dövlətlərarası münasibətlərimizin inkişafına Nquyen Fu Çonqun verdiyi töhfəni yüksək qiymətləndiririk.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2024-cü il

Azərbaycan.-2024.- 24 iyul (№ 154).- S.1.