Yalan məlumatlar, dezinformasiya bu gün bütün
ölkələri təhdid
edən problemdir
"Yalan məlumatların
ifşası: Dezinformasiyaya
qarşı mübarizə"
mövzusunda II Şuşa
Qlobal Media Forumu Azərbaycanın təşəbbüsü
və evsahibliyi ilə bu istiqamətdə
gözəl bir ənənənin formalaşdığını
göstərdi, müasir
dünyamız üçün
son dərəcə aktual olan mövzu
üzrə müzakirələrə,
fikir və təcrübə mübadiləsinə,
ortaq həllərin tapılmasına şərait
yaratdı.
Yalan məlumatlar,
dezinformasiya bu gün bütün ölkələri təhdid
edən problemdir. Bu problemin
minimallaşdırılması üçün dövlətlərin,
cəmiyyətlərin birgə
fəaliyyətinə, müştərək
addımlarına ehtiyac
var. Ona görə Azərbaycanın
formalaşdırdığı faydalı ənənə
bundan sonra da davam etdirilməli,
sağlam düşüncəli
insanların bu mövzunun müzakirəsi
ətrafında bir araya gəlməsinə şərait yaradılmalıdır.
Qərbdən qaynaqlanan manipulyasiya
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tədbirdəki
proqram xarakterli nitqi, həm forumun mövzusunu tam mahiyyəti üzrə anlamağa, həm də bu gün regionda
və ümumən dünyamızda baş verənlər haqqında nəticə çıxarmağa,
proseslərin axarını
görməyə kömək
göstərir.
Yalan məlumatlar,
dezinformasiya haqqında
eşidəndə, bəlkə
də çoxumuza elə gəlir ki, bu, müasir
dövrümüzün problemidir.
Bu problemin informasiya-kommunikasiya texnologiyalarının
sürətli inkişafı
zəminində ortaya çıxdığını düşünürük. Əslində
isə dezinformasiya uzun illərin problemidir və bundan ən çox əziyyət çəkən ölkələrdən
biri də məhz Azərbaycandır.
Prezident İlham Əliyevin də çıxışında qeyd
etdiyi kimi, uzun illər ərzində faktların manipulyasiyasının, yanlış
narrativlərin qurbanı
olmuşuq. Erməni diasporu uzun illər
ərzində Azərbaycana
qarşı bu istiqamətdə
səfərbər şəkildə
fəal iş aparıb. Ermənipərəst
siyasətçilər, media
nümayəndələri Azərbaycana
vaxtaşırı hücumlar
edərək yanlış
narrativlər yayıblar,
ölkəmizi, xalqımızı
reallıqdan çox uzaq şəkildə təqdim ediblər.
Azərbaycan ətrafında
qurulan informasiya blokadasını, ölkəmiz
işğala məruz
qaldığı halda
işğalçı ilə
bərabər tutulmasını,
haqqımızda natamam,
qeyri-dəqiq məlumatların
verilməsini, getdikcə
güclənərək inkişaf
edən müstəqil
dövlətimizin nailiyyətlərinin
gözdən salınması
cəhdlərini hər
birimiz yaxşı xatırlayırıq. Bu cəhdlər aradan qalxmayıb, bu gün də fəal şəkildə davam edir.
Əfsuslar olsun
ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar, daha çox Qərbdən qaynaqlanır. Bu xoşagəlməz reallıq
gündəlik həyatımıza
çevrilir. Aradan ötən zamanın yaratdığı fərq
isə bundan ibarətdir ki, Azərbaycan Prezidentinin də vurğuladığı
kimi, əvvəl buna təəccüblənir,
məyus olurduq, indi isə biganə
yanaşırıq. Çünki
Qərb dairələrinin
Azərbaycana və ümumilikdə bir çox ölkələrə
qarşı uydurduqları
yalanların qətiyyən
xoş məqsədlərə
xidmət etmədiyini,
bu dairələrin mənfur niyyətlərindən
irəli gəldiyini artıq hamı anlayır. Belə çirkin niyyətlərə
qarşı ən effektiv davranış bu cür manipulyasiya
cəhdlərinə mümkün
qədər etinasız
yanaşmaq, həmin dairələrin təxribatlarına
uymamaq, hər şeyə rəğmən,
inkişaf yoluna davam etməkdir. Həmin dairələr bunu gördükdə ziyanlı fəaliyyətlərinin
səmərəsiz olduğunu
anlayıb, baxış
bucaqlarını dəyişməyə
başlayacaqlar.
Necə ki, zaman keçdikcə Qərb siyasi dairələrində reallıq
daha çox üzə çıxır
və onlar Azərbaycana bərabər
tərəfdaş kimi
yanaşmağa başlayırlar.
"Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın",
- Prezident İlham Əliyev forumda bunu xüsusi vurğuladı.
Yeni bir gələcəyin astanasında
Azərbaycanın ölkəmizdə
və regionda baş verənlərin doğru-düzgün işıqlandırılmasına
xüsusi həssaslıq
göstərməsi heç
də təsadüfi deyil. Bu gün
Azərbaycanın liderliyi
ilə Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesi gedir, tarixi-geosiyasi dəyişikliklər
baş verir. Ölkəmizin xüsusilə
Vətən müharibəsindən
sonra yaratdığı
yeni reallıqlar bölgəmizin xoşbəxt
gələcəyi, bu
torpaqlarda sülhün,
təhlükəsizliyin, dayanıqlı
inkişafın, insanların
sosial rifahının təmin olunması baxımından çox böyük bir şansdır. Bu baxımdan, Azərbaycanda və regionda baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılması
qarşıdakı strateji
məqsədlərin tez
bir zamanda reallaşmasına kömək
göstərər, yalan
informasiyalar vasitəsilə
həyata keçirilən
təxribatların Cənubi
Qafqazın gələcəyi
ilə bağlı aparılan xoş niyyətlərin önündə
əngəl yaratmasına
imkan verməz. Azərbaycanın "Yalan
məlumatların ifşası:
Dezinformasiyaya qarşı
mübarizə" mövzusuna
həssas münasibətinin
əsas səbəblərindən
biri də budur.
Ləyaqət məsələsi
2020-ci ildə Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
iradəsi, şanlı
Ordumuzun ardıcıl
qələbələri, torpaqlarımızın
uzun illərdən sonra işğaldan azad edilməsi ilə tarixə yazılan, böyük zəfərimizlə başa
çatan Vətən
müharibəsi kimi, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası da son dərəcə mühüm
hadisədir. Biz nə işğalı, nə onun fəsadlarını,
nə verdiyimiz qurbanları, nə də Qələbəmizi
heç zaman unutmayacağıq. Bunu Azərbaycan Prezidenti forumdakı çıxışında
bir daha bəyan etdi. Torpaqlarımızın
azadlığı xalq
olaraq bizim üçün ləyaqət
məsələsi idi
və Azərbaycan xalqı tarixi Zəfərimizlə bunu bir daha göstərdi.
Xalqımızın bu
Zəfəri bir həqiqəti də təsdiqlədi ki, belə məsələlərdə
şəxsi emosiyalara,
tələskənliklərə, düşünülməmiş qərarlara qətiyyən
yer yoxdur.
Azərbaycan Prezidenti
forumdakı çıxışında
qeyd etdi ki, o zaman sülh
və ərazilərimizin
azad edilməsi naminə bütün şəxsi emosiyalar kənara qoyulmalı idi. "...İnsan bəzən çətin
qərarlar verməli olur və şəxsən
mən 17 il idi ki, Prezident
idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il
gözləyərdik ki,
torpaqlarımızı azad
edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı...
Bu, ləyaqət məsələsi idi və bizim tarixdən
dərslərimiz olub.
Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə
çataq".
Bu fikirlər bir daha təsdiqləyir
ki, həlledici məqamlara, proseslərə
düzgün hazırlaşanda,
bütün addımları
yerli-yerində, öz
vaxtında-vədəsində atanda uğur qazanmaq mütləqdir. Azərbaycan bu illər ərzində əsas diqqəti xalqımıza, ölkəmizin
inkişafına yönəltdi,
hər hansı dedi-qodulara, Avropa Parlamentinin və ya Avropa Şurasının
hansısa qərəzli
bəyanatlarına fikir
vermədi, yalnız öz böyük hədəflərinə fokuslanıb
məqsədlərinə nail
oldu və bu, yeni gələcəyə
doğru yolumuzda da məhz belə
olacaq. Biz irəli getməliyik!
Ölkəmizin ərazi
bütövlüyünün təmin edilməsindən
sonra daxil olduğumuz yeni strateji dövrdə də Azərbaycan dövlətinin qarşıya
qoyduğu aydın məqsədlər var. Atılan bütün addımlar, irəli sürülən bütün
təşəbbüslər Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bu
əsas məqsədi
güdür: ölkəmizi
gücləndirmək, iqtisadi
gücümüzü artırmaq,
iqtisadi və siyasi müstəqilliyimizi
daha da möhkəmləndirmək
və Azərbaycanı
yüksək liqaya daxil etdirmək. Ümid etməyə dəyər ki, seçkilərdən sonra
ABŞ-də və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış
olacaq.
Qlobal Cənubla
Qlobal Şimal arasında körpü
Azərbaycan Prezidenti
forumdakı çıxışında
ənənəvi ittifaqlarla
bağlı da mövqeyini
bölüşdü, bu
ittifaqların bir qədər zəiflədiyini,
yeni əməkdaşlıq formatlarının meydana gəldiyini xatırlatdı.
Eyni zamanda dövlət başçısı
dünyanın bir sıra böyük ölkələri ilə münasibətlər məsələsinə
toxundu. Qeyd olundu ki, bu gün
Azərbaycanın şimal
qonşumuz olan Rusiya ilə ikitərəfli münasibətlərdə
həlli mümkünsüz
məsələ mövcud
deyil. Azərbaycan və Rusiya əlaqələri qarşılıqlı
hörmət, anlayış,
qarşılıqlı maraqların
gözlənilməsi və
uzun əsrlər boyu xalqlarımız arasında mövcud olmuş əlaqələrə
əsaslanaraq formalaşır.
Region ölkələri ilə
sıx əlaqələr
Azərbaycana iqtisadi problemlərin böyük
əksəriyyətinin həllinə
imkan verib. Azərbaycan dövlətinin
ABŞ ilə münasibətləri
də, demək olar ki, hər zaman sabit olub. O cümlədən
ABŞ-dəki respublikaçılar
hakimiyyəti ilə əlaqələr nəzərəçarpacaq
dərəcədə uğurlu,
nəticəyönümlü xarakter daşıyıb.
Bu gün ölkəmiz
Qlobal Cənubla Qlobal Şimal arasında körpülər
qurur. Azərbaycan Prezidenti İlham Əliyevin
də xatırlatdığı
kimi, regionumuzda və postsovet məkanında yeganə ölkəyik ki, Avropa İttifaqının 10 ölkəsi
ilə strateji əməkdaşlıq edirik.
Ölkəmiz böyük
qaz ehtiyatları, qurulan qlobal enerji infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinin
əsas təminatçılarındandır.
Avropanın Azərbaycan
qazına çox böyük ehtiyacı
var. Hazırda Azərbaycan
qazının Avropaya nəqlinin iki dəfə artırılması
qarşıda duran hədəfdir və ölkəmiz bu istiqamətdə irəliləyir.
Azərbaycan başqa
coğrafiyalarda olan dövlətlərlə də
əməkdaşlıq əlaqələrini
inkişaf etdirir. Çünki ölkəmizin
niyyəti bəşəriyyətin
xoşbəxtliyi naminə
həmrəyliyə, xoş
münasibətlərə nail olmaq, dünyada sülhə, inkişafa çalışmaqdır. Xüsusilə,
Azərbaycanın Qoşulmama
Hərəkatında sədrliyi
Afrika qitəsində olan
ölkələrlə praktiki
təmaslar qurmağa kömək göstərdi
və bu təmaslar indi də səmərəli şəkildə davam edərək mühüm faydalar yaratmaqdadır.
Azərbaycan bəzi
ölkələrin, o cümlədən
Qəmər adalarının, Mayot adasının hələ
də kolonial idarəçilik altında
olduğunu nəzərə
alaraq onlara kömək etmək istəyir, bununla bağlı bir sıra əməli addımlar atır. Ona görə ki, müstəmləkəçi
düşüncə müasir
dünyamızda da qaldıqca,
bir sıra Qərb dairələri üzdə azadlıq, həmrəylik, bərabərlik,
ədalət dəyərlərindən
dəm vurub pərdə arxasında müstəmləkəçilik siyasətini davam etdirdikcə, ayrı-ayrı
xalqların azadlıq
arzularını boğub,
haqlarını tapdadıqca
dünyada sülhə,
xoşbəxtliyə nail olmaq
çətindir. Dövlətimiz
bunu nəzərə alaraq bəlli istiqamətdə səylərini
davam etdirir. Bütün ölkələri,
xalqları, cəmiyyətləri
ali niyyətlər ətrafında birləşməyə,
bəşəriyyətin gələcəyi
naminə həmrəylik
göstərməyə çağırır.
Azərbaycan bu il ölkəmizdə keçiriləcək
mühüm qlobal tədbirin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının,
qısaca desək,
COP29-un da məhz həmrəylik
tədbiri olmsına çalışır. Azərbaycanın COP-la bağlı
gündəliyi dövlət
rəhbərimizin də
qeyd etdiyi kimi, proqnozlaşdırılan,
aydın hədəflərə,
məqsədlərə, nəticələrə
köklənmiş gündəlikdir.
COP qlobal miqyasda ən mühüm hadisələrdən biridir.
Məlum olduğu kimi, bu tədbir
dünyada bir nömrəli konfransdır.
Postsovet məkanında
isə belə bir tədbir ilk dəfə keçirilir.
Bu, ölkəmizin ən
yüksək liqaya daxil olması üçün misilsiz bir şansdır. Hazırda ölkəmizin
COP heyəti səmərəli
şəkildə işləyir,
tədbirin ən yüksək səviyyədə
keçməsi üçün
lazımi hazırlıq
işlərini görür.
Bəşəriyyət həyatında
həqiqət ən böyük dəyərlərdəndir.
İnsanın xoşbəxtliyi
həqiqətin təntənəsindədir.
Azərbaycan da məhz
həqiqətin qələbəsinə
xidmət edir, yalansız yaşamağın
bir dəyərə çevrilməsi üçün
çalışır.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2024.-
24 iyul (¹ 154).- S.6.