Azərbaycanın
məqsədi COP29-un həmrəylik tədbiri olmasıdır
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) ilə əlaqədar
həyata keçirilən
tədbirlər və
hazırlıq işləri,
ölkə səviyyəsində
iqlim dəyişikliyinin
təsirləri ilə
aparılan mübarizə hazırda mötəbər
beynəlxalq tədbirlərin
hər birində haqqında geniş bəhs olunan mövzudur. Öz işini başa çatdırmış
II Şuşa Qlobal Media Forumunda da məhz belə
oldu.
Məlumdur
ki, COP29 qlobal miqyasda ən mühüm hadisələrdən
biridir. Bu, dünyada, beynəlxalq
arenada birnömrəli
konfransdır və ilk dəfədir ki, postsovet məkanında
keçirilir. Bu, eyni zamanda ən
yüksək liqaya daxil olmağımız üçün misilsiz bir şansdır. Təbii ki, Azərbaycanın nailiyyətlərini
gözü götürməyənləri
ölkəmizin belə
bir tədbirin ev sahibi olması
çox narahat edir.
Buna görə
də Azərbaycanın COP29-a evsahibliyi ilə bağlı qərar verildikdən heç bir həftə də keçmədən
Qərb mediasında ölkəmizə qarşı
hücumlar başladı.
Prezident İlham Əliyev məsələyə
belə aydınlıq
gətirir" Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin
olan ölkə olduğumuz üçün.
Bu, çox təəccüblü bir
haldır. Yeri gəlmişkən, COP28-in ev
sahibi olan Birləşmiş Ərəb
Əmirlikləri də
eyni mövzuda ittihamlarla üzləşdi.
Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar
buna hazır deyildik. Biz izah
etməyə çalışırdıq,
bu, bizim günahımız deyil ki, biz neft
və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir.
Biz iqtisadiyyatımızı
necə şaxələndirmişik,
işsizliyin öhdəsindən
necə gəlmişik,
yoxsulluğu necə azaltmışıq, mövzular
bunlar olmalıdır.
Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir,
bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir
və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Qazıntı yanacaq növlərindən əldə
etdiyimiz gəlirlərin
ədalətli paylanılması
çox şəffaf
şəkildə, məsuliyyətli
şəkildə həyata
keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir".
COP29 heyətinin səmərəli
işi, aydın hədəflərə, məqsədlərə,
nəticələrə köklənmiş
gündəlikləri nəticəsində
hücumların sayı
azalsa da, tədbir yaxınlaşdıqca
onların sayının
artacağı ehtimalı
da var. Lakin
bu bir həqiqətdir
ki, ölkəmiz təkcə təşkilati
baxımdan tədbirlər
görmür, mahiyyət
baxımından da təşəbbüslər irəli
sürür, inkişaf
etmiş ölkələrlə
fəal şəkildə
işləyir, Qlobal Cənub və Qlobal Şimal arasında körpülər
qurur. Üstünlüyümüz
ondadır ki, dörd il ərzində
Qoşulmama Hərəkatına
sədrlik etmişik.
120 ölkənin iştirakı
ilə orada yekdil şəkildə sədr seçilmişdik.
Sədrlik müddətimiz
hətta uzadıldı
da. Azərbaycan bəlkə yeganə ölkədir ki, regionda
və postsovet məkanında Avropa İttifaqı dövlətləri
ilə, Avropa İttifaqının 10 üzvü
ilə strateji tərəfdaşlıq haqqında
bəyannamələr qəbul
edib və imzalayıb. Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatının,
"OPEC Plus" formatının üzvüdür. Prezidentimiz
bir daha bildirib ki, biz
neft hasil edən ölkələrlə
fəal şəkildə
işləyirik. Müəyyən
təkliflər irəli
sürmüşük ki,
neftlə zəngin ölkələr maliyyə
mənbələrinin toplanılmasında,
səfərbər edilməsində
necə daha vacib rol oynaya
bilər.
Azərbaycan inkişafda
olan kiçik ada ölkələri ilə də əməkdaşlıq edir.
Bununla bağlı COP29 çərçivəsində tədbirimiz olacaq və orada ittifaq
ölkələri də
iştirak edəcək.
"Biz ittifaq ölkələri ilə birgə fond yaradacağıq ki, inkişafda olan həmin kiçik ada ölkələrinə
kömək edək. Çünki bu vəziyyət onların mövcudluğuna təhlükədir.
Yəni biz müxtəlif istiqamətdə
irəliləyirik. Hesab
edirəm ki, biz Birləşmiş Ərəb Əmirliklərinin
COP28-in ev sahibi kimi təcrübəsindən
istifadə edəcəyik
və onun üzərindən işimizi
aparacağıq. Ancaq ondan qabaq COP-a Misir evsahibliyi edibdir. Onların da neft və qazı
var. Bizdən sonra da Braziliya evsahibliyi edəcək. Yenə də neft və
qaz ölkəsidir.
Bu, onu göstərir
ki, bu ölkələr
enerji təhlükəsizliyi
baxımından özlərini
çox rahat hiss edən ölkələrdir.
Onlar məsuliyyət nümayiş etdirirlər.
Onlar "yaşıl
texnologiya"ya, "yaşıl
keçid"ə sərmayə
qoyur, töhfə verirlər", - deyə Prezident İlham Əliyev bildirib.
COP29 ərəfəsində "Troyka"nın
(Üçlük") təsis edilməsinin təşəbbüskarı
da ölkəmiz olub.
Bu, ötən ildəki,
hazırkı və gələcək sədrlərin
- Birləşmiş Ərəb
Əmirliklərinin, Azərbaycanın
və Braziliyanın
"Troykası"dır. Bu, bir mexanizmdir. Buna qədər belə bir mexanizm mövcud olmayıb. Təqdirəlayiq haldır
ki, təklif Birləşmiş
Ərəb Əmirlikləri
və Braziliya tərəfindən dəstəklənib.
Çünki COP, sadəcə,
bir və ya iki həftə
davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə,
bu, tutarlı və konkret töhfə olmalıdır.
Sözlər, bəyanatlar
kifayət deyil. Burada real addımlar atılmalıdır və
koordinasiya həyata keçirilməlidir. "Troyka"
mexanizmi də bu məqsədlə yaradılıb .
Prezident İlham Əliyevin
II Şuşa Qlobal Media Forumunda
COP29-la bağlı sualları
cavablandırarkən toxunduğu
məsələlərdən biri də inkişaf
edən ölkələrə
dəstək göstərilməsinin
vacibliyidir" Biz inkişafda
olan kiçik ada ölkələri üçün fond yaratdıq.
Ancaq biz inkişaf etməkdə olan hər bir ölkə
ilə bağlı
fond yarada bilmərik.
Bizim o qədər pulumuz
yoxdur. Əlbəttə,
bu işdə həmrəylik olmalıdır
və digərlərini
təşviq etməliyik
ki, bizim nümunəmizə
uyğun olaraq hərəkət etsinlər".
Ümumiyyətlə, Azərbaycanın
məqsədi COP29-un məhz
həmrəylik tədbiri
olmasıdır. Cari ilin
ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
24 iyul (¹ 154).- S.10.