“Azərbaycan Respublikasının Ailə
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli
Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Ailə
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli
Qanununun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
“Azərbaycan Respublikasının
Ailə Məcəlləsində,
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2024-cü il 28 iyun tarixli
1198-VIQD nömrəli Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
və Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası
Ailə Məcəlləsinin
12.0.2-1-ci və 12.0.2-2-ci maddələrində
nəzərdə tutulmuş
qohumluq əlaqələri
barədə məlumatların
nikahın qeydə alınması barədə
müraciət edildikdə
nikahın bağlanmasının
dövlət qeydiyyatını
aparan orqanlar tərəfindən Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
əldə edilməsini
təmin etmək üçün zəruri
tədbirlər görsünlər.
3. “Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 3 (I kitab),
maddə 164 (Cild I); Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
6 iyun tarixli 89 nömrəli Fərmanı)
2.8-ci bəndi ləğv
edilsin.
4. “Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab),
maddə 259 (Cild I);
2024, ¹ 2, maddələr 151, 157) aşağıdakı məzmunda
5.1-1-ci və 5.1-2-ci bəndlər
əlavə edilsin:
“5.1-1. həmin Məcəllənin
189-2-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
və ya Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi baxır;
5.1-2. həmin Məcəllənin
189-3.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
və ya Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi baxır;”.
5. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23
fevral tarixli 1256 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 2, maddə 200 (Cild
I); 2024, ¹ 2, maddə 157; Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin Siyahısı”nın
2.1-ci və 2.5-ci bəndlərinə
“212.5” rəqəmlərindən əvvəl “189-2, 189-3.1,” rəqəmləri
əlavə edilsin.
6. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 5, maddə 765 (Cild
I); 2024, ¹ 4, maddə 381; Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı
inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nda aşağıdakı
dəyişikliklər edilsin:
6.1. 7-ci hissədə “181.0.3-cü
maddəsində” sözləri
“181.0.3 və 189-1-ci maddələrində”
sözləri ilə əvəz edilsin;
6.2. 54-1-ci hissəyə “Məcəllənin” sözündən
sonra “189-3.2 və” sözləri əlavə
edilsin.
7. Bu Fərmanın
3−6-cı hissələri 2025-ci il iyulun 1-dən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyul 2024-cü il
Azərbaycan.-2024.-
24 iyul (¹ 154).- S.3.