M.M.Abbaszadənin
Azərbaycan Respublikası
Dövlət İmtahan
Mərkəzinin İdarə
Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi
qızı Abbaszadə
Azərbaycan Respublikası
Dövlət İmtahan
Mərkəzinin İdarə
Heyətinin sədri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyul 2024-cü il
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.3.