Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
14-cü bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Ailə Məcəlləsinə
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 3 (I kitab), maddə
126 (Cild I); Azərbaycan
Respublikasının 2024-cü il 29 mart tarixli
1110-VIQD nömrəli və
21 may tarixli 1154-VIQD nömrəli qanunları)
aşağıdakı məzmunda
12.0.3-2-ci maddə əlavə
edilsin:
“12.0.3-2. ikisindən biri və ya
hər ikisi Azərbaycan Respublikası
ərazisində qanunsuz
olan əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər;”.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 25 iyun 2024-cü il
Azərbaycan.-2024.-
24 iyul( № 154).- S.3.