Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 14-cü və 17-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ı 3 (I kitab),
maddə 126 (Cild I); Azərbaycan Respublikasının
2024-cü il 29 mart tarixli 1110-VIQD nömrəli
və 21 may tarixli 1154-VIQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 10.2-ci və 27.2-ci maddələr ləğv
edilsin;
1.2. aşağıdakı məzmunda 12.0.2-1-ci və
12.0.2-2-ci maddələr əlavə
edilsin:
12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və
ya) nənəsi olan uşaqları;
12.0.2-2. bioloji qohumluğu
olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin
bibi (xala) və qardaş (bacı) oğlu;;
1.3. 26.1.1-ci maddədən və nikah yaşına
çatana qədər
nikaha daxil olmaq üçün bu Məcəllənin
10.2-ci maddəsində nəzərdə
tutulmuş icazə olmadıqda sözləri
çıxarılsın;
1.4. 56.2-ci maddədən yetkinlik yaşına çatmayan şəxslər
nikah bağladıqda,
sözləri çıxarılsın;
1.5. 57.2-ci maddənin birinci cümləsində
valideynlər nikaha daxil olmamışlarsa, onların sözləri valideynlərin sözü
ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ı 4 (II kitab),
maddə 251 (Cild I);
2024, ı 1, maddələr 8, 18, ı 3, maddə 250) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 176-1-ci maddə üzrə:
2.1.1. adında Qadını
nikaha sözləri Nikaha və ya erkən evliliyə
sözləri ilə əvəz edilsin;
2.1.2. 176-1.1-ci maddənin dispozisiyasında Qadını
nikaha sözləri Nikaha sözü ilə əvəz edilsin;
2.1.3. 176-1.2-ci maddənin dispozisiyası aşağıdakı
redaksiyada verilsin:
176-1.2. Nikah yaşına
çatmayan şəxsi
erkən evliliyə daxil olmağa məcbur etmə ;
2.1.4. aşağıdakı məzmunda Qeyd hissəsi əlavə edilsin:
Qeyd: Bu Məcəllənin 176-1 və
176-2-ci maddələrində erkən evlilik dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.;
2.2. aşağıdakı məzmunda 176-2-ci maddə
əlavə edilsin:
Maddə 176-2. On altı
yaşına çatmayan
şəxsin erkən
evliliyinin təşkili
On altı yaşına
çatmayan şəxsin
erkən evliliyinin həmin şəxsin və ya erkən
evliliyə daxil olan digər şəxsin valideynləri
və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər
və ya erkən evliliyə daxil olan yetkinlik
yaşına çatmış
şəxs tərəfindən
təşkil edilməsi
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə
azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə
tutulmuş cinayətə
görə məsuliyyət
erkən evliliyə daxil olan yetkinlik
yaşına çatmış
şəxsə münasibətdə
həmin şəxslə
zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır..
Maddə 3. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ı 2 (I kitab), maddə
202 (Cild I); 2024, ı 1, maddə
18, ı 2, maddə 135, ı 4, maddə
362; Azərbaycan Respublikasının
2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli,
5 aprel tarixli 1127-VIQD nömrəli, 19 aprel tarixli 1134-VIQD nömrəli
və 7 may tarixli 1148-VIQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 43.1-ci maddəyə
157‒188, rəqəmlərindən sonra 189-1, 189-3.2, rəqəmləri
əlavə edilsin;
3.2. 21-ci fəslin adında
Siyasi, sosial və əmək hüquqları sözləri
İnsan və vətəndaşın hüquq
və azadlıqları
sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 189-1 189-3-cü maddələr
əlavə edilsin:
Maddə 189-1. On altı
yaşına çatmayan
şəxs barəsində
evliliyə dair sövdələşməyə daxil olma
On altı yaşına
çatmayan şəxs
barəsində onun və ya evliliyə
daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan
şəxslər və
ya evliliyə daxil olmaq niyyətində
olan yetkinlik yaşına çatmış
şəxs tərəfindən
nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə
min manatdan iki min manatadək
məbləğdə cərimə
edilir və ya işin hallarına
görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Bu maddədə nəzərdə
tutulmuş əmələ
görə inzibati məsuliyyət həmin əməli törətmiş
evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış
şəxsə münasibətdə
bu şəxslə zərərçəkmiş şəxsin
yaş fərqi beş ildən çox olduqda yaranır.
Maddə 189-2. Yetkinlik
yaşına çatmayan
şəxslərin erkən
evliliyi ilə bağlı mərasimlərin
keçirilməsi
189-2.1. İctimai iaşə
obyektlərini idarə
edən şəxslər
tərəfindən yetkinlik
yaşına çatmayan
şəxslərin erkən
evliliyi ilə bağlı mərasimlərin
(nişan, toy və digər mərasimlər) keçirilməsinə
görə
fiziki şəxslər
min manatdan min beş yüz
manatadək məbləğdə,
vəzifəli şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi
şəxslər altı
min manatdan doqquz min manatadək
məbləğdə cərimə
edilir.
189-2.2. Bu Məcəllənin
189-2.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə
fiziki şəxslər
iki min manatdan
iki min beş
yüz manatadək məbləğdə, vəzifəli
şəxslər beş
min manatdan altı min manatadək
məbləğdə, hüquqi
şəxslər on min manatdan on
üç min manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Bu maddədə erkən evlilik dedikdə yetkinlik yaşına çatmayan şəxslə
nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan
ittifaq başa düşülür.
Maddə 189-3. Yetkinlik
yaşına çatmayan
şəxslər barəsində
dini kəbinkəsmə
189-3.1. Yetkinlik yaşına
çatmayan şəxs
barəsində dini kəbinkəsməyə görə
fiziki şəxslər
min manat məbləğində cərimə
edilir.
189-3.2. Bu Məcəllənin
189-3.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə
fiziki şəxslər
iki min manat
məbləğdə cərimə
edilir və ya işin hallarına
görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla
on beş gündən bir ayadək müddətə
inzibati həbs tətbiq olunur..
Maddə 4. Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə
minir.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyun 2024-cü il
Azərbaycan.-2024.-
24 iyul( ı 154).- S.3.