Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru: "Prezident İlham Əliyev qlobalsəviyyəli liderdir"

 

 

"Xüsusilə, Fransa beynəlxalq erməni lobbisinin öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı məkrli planlarının şahidi oluruq".

Bunu jurnalistlərə açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

İqor Korotçenko bildirib ki, bu dövlətlər müxtəlif səviyyələrdə anti-Azərbaycan kampaniyası aparırlar: "Şuşada keçirilən Qlobal Media Forumuna müxtəlif ölkələrdən çoxsaylı nümayəndələrin toplaşması Azərbaycana verilən önəmin göstəricisidir. Bu gün Azərbaycan qlobal trendlərin müəllifi olan bir dövlətdir. Bu forum müstəmləkə qloballaşma əleyhdarları olan ölkələr üçün mükəmməl platformadır. Prezident İlham Əliyev bu gün dünya ölkələri liderlərinin fikirləri ilə hesablaşdıqları qlobalsəviyyəli mükəmməl bir siyasi liderdir".

 

 

Azərbaycan.-2024.- 24 iyul (№ 154).- S.6.