"Yeni
Kaledoniyada baş verənlər hələ
də kolonializmin hökm sürdüyünü
göstərir"
"Müasir dünyada
kolonializmi qəbulolunmaz
bir amil kimi nəzərə alırıq. Yeni Kaledoniyada baş verənləri görürsünüz.
Bu hələ də kolonializmin hökm sürdüyünü
göstərir. Mən
bu gün sizə Fransa kononializmi barədə məlumat təqdim edəcəm".
Bunu idarəçilik
üzrə beynəlxalq
məsləhətçi Karl
Korbin Şuşada keçirilən II Qlobal
Media Forumu çərçivəsində
Bakı Təşəbbüs
Qrupunun paralel tədbirində deyib.
O qeyd edib ki, bu ərazilər
müstəmləkə formatından
çıxıb öz
müqəddəratını təyin etməlidir.
"Fransa Afrikada
böyük ərazilərə
insanları köçürərək
yerli əhalinin tərkibini dəyişməyə
çalışıb. BMT-nin nizamnaməsi açıq şəkildə
bu parametrləri özündə əks etdirir. Burada xalqların öz müqəddəratı hüququ
əks olunub", - deyə qeyd edib.
O bildirib ki, Fransanın müstəmləkəçilik
tarixi 1534-cü ildən
başlayır və
1690-cı ilədək Dominikanın
müstəmləkə halına
salınması ilə
davam edir: "Fransa Şimali Amerikadan Karib adaları istiqamətinə
qoşun göndərməklə
orada da möhkələnmişdi. 1795-ci ilədək Fransa konstitusiyasında koloniyalarla
bağlı müddəa
yox idi, amma həmin ildən əsas qanuna dəyişikliklə
bu məsələ ana sənəddə təsbit olundu".
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici
qonaq, o cümlədən
dünyanın 34 ölkəsinin
dövlət informasiya
agentliyi, 12 beynəlxalq
təşkilat və media qurumu qatılıb.
Həmçinin forumda
60 yerli media rəhbəri və nümayəndəsi iştirak
edib.
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.6.