Milli
Məclisə seçkilərlə
əlaqədar “Polis əməkdaşları üçün
yaddaş kitabçası”
hazırlanıb
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərlə
əlaqədar Mərkəzi
Seçki Komissiyası
Daxili İşlər
Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün
yaddaş kitabçası”
hazırlayıb.
Mərkəzi Seçki
Komissiyası Katibliyinin
Media və kommunikasiya
şöbəsindən "Azərbaycan" qəzetinə
bildirilib ki, qurumlararası əməkdaşlıq
çərçivəsində gerçəkləşdirilən layihə Milli Məclisə seçkilərdə
polis əməkdaşlarının
xidməti fəaliyyətinin
daha da təkmilləşdirilməsi
və məlumatlılığının
artırılmasına hədəflənib.
Nəşrdə Milli
Məclisə seçkilərin
hazırlanması və
keçirilməsi dövründə,
seçkiqabağı təşviqat
mərhələsində, səsvermə
günü, habelə
rəsmi seçki sənədlərinin daşınması
və mühafizə olunması proseslərində
polis əməkdaşlarının
qanunvericiliklə müəyyənləşdirilmiş
rol və vəzifələri, xidməti
vəzifələrinə uyğun
həyata keçirəcəyi
tədbirlər ətraflı
izah olunub.
Azərbaycan Respublikasının
Konstitusiyası, Seçki
Məcəlləsi, “Polis
haqqında” Azərbaycan
Respublikasının Qanunu
və Mərkəzi Seçki Komissiyasının
təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında
tərtib olunan kitabça polis əməkdaşlarının istifadəsi
üçün nəzərdə
tutulub.
“Polis əməkdaşları
üçün yaddaş
kitabçası” Mərkəzi
Seçki Komissiyasının
rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.
Azərbaycan.-2024.-
24 iyul (¹ 154).- S.8.