Şirvanda
seçki mübahisələrinin
məhkəmə qaydasında
həlli mövzusunda seminar-müşavirə keçirilib
Bu il sentyabrın 1-nə təyin
edilmiş Milli Məclisə növbədənkənar
seçkilərlə əlaqədar
Mərkəzi Seçki
Komissiyasının maarifləndirmə
proqramına uyğun olaraq, iyulun 22-dən etibarən növbəti ümumrespublika miqyaslı
tədbirlərə - Ali
Məhkəmə və
Apellyasiya Məhkəmələri
ilə birgə layihə çərçivəsində
seçki mübahisələrinin
məhkəmə qaydasında
həllinə həsr
olunan regional seminar-müşavirələrə start verilib.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, layihə çərçivəsində
növbəti seminar-müşavirə
iyulun 23-də Şirvanda
region üzrə müvafiq məhkəmə
orqanları və seçki dairələrinin
dairə seçki komissiyalarını əhatə
etməklə reallaşdırılıb.
Seminar-müşavirə Mərkəzi
Seçki Komissiyasının
üzvü Fuad Cavadov və Şirvan Apellyasiya Məhkəməsinin sədr
əvəzi Elçin
Xasməmmədovun giriş
nitqləri ilə başlayıb. Onlar öz çıxışlarında
vətəndaşların seçki
hüquqlarının realizə
olunmasında qanunvericiliyin
tələblərinə dəqiqliklə
riayət olunmasının
vacibliyini diqqətə
çatdırıblar.
Açılış nitqlərinin ardınca Mərkəzi Seçki Komissiyasının üzvü
İlkin Şahbazov və Şirvan Apellyasiya Məhkəməsinin
hakimi Samir Həsənovun “Azərbaycan
Respublikasının Milli
Məclisinə seçkilərdə
vətəndaşların seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin seçki
komissiyalarında araşdırılması
prinsipləri və xüsusiyyətləri”, “Məhkəmədə
seçki hüquqlarının
müdafiəsi ilə
bağlı işlər
üzrə icraatın
xüsusiyyətləri” mövzularında
təqdimatları dinlənilib.
İştirakçılara Seçki Məcəlləsinin
müraciət və şikayətlərə dair
tələbləri, habelə
seçki hüququnun
müdafiəsi ilə
bağlı qanunvericiliyin
məhkəmələr tərəfindən
tətbiqi təcrübəsi
barədə ətraflı
məlumat verilib və meydana çıxan suallara aydınlıq gətirilib.
Seminar-müşavirədə seçki mübahisələrinin
məhkəmə qaydasında
həlli ilə bağlı fikir mübadiləsi və müzakirələr aparılıb.
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.9.