Naxçıvanda
MSK tərəfindən seminar-müşavirə
keçirilib
Dünən Mərkəzi
Seçki Komissiyası
tərəfindən Ali
Məhkəmə və
Apellyasiya Məhkəmələri
ilə birgə layihə çərçivəsində
növbədənkənar parlament
seçkilərində seçki
mübahisələrinin məhkəmə
qaydasında həllinə
həsr olunan regional seminar-müşavirələrə
start verilib. Həmin tədbirlərin tərkib hissəsi olaraq bu gün
isə Naxçıvan
“ASAN xidmət” mərkəzində
sözügedən mövzu
ilə bağlı seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın Naxçıvan
bürosu xəbər
verir ki, tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzi Seçki
Komissiyasının üzvü
Bəxşeyiş Əsgərov
tədbirin əhəmiyyətindən
danışaraq bildirib
ki, bu cür
tədbirlər seçki
vaxtı namizədlərin
narazılıqlarının sayının azalmasında,
şikayətlər qarşısında
ədalətli qərar
verməklə həllində
xüsusi önəm daşıyır. Seçkilərdə
qeydiyyata alınmış
26 siyasi partiyadan 25-nin
iştirak etdiyini vurğulayan komissiya üzvü vətəndaşların
seçki hüquqlarının
realizə olunmasında
qanunvericiliyin tələblərinə
dəqiqliklə riayət
etmələrinin vacibliyini
diqqətə çatdırıb
və bununla əlaqədar zəruri tövsiyələr verib.
O, dairə seçki komissiyalarında MSK-ya MSK-dan da məhkəməyə
ünvanlanan şikayətlərin
məhz bu tədbirlər vasitəsilə
elə birinci mərhələdə həll
olunacağına ümidvar
olduğunu bildirib.
Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin hakimi
Səxavət Novruzov çıxış edərək
qeyd edib ki, şikayətlərə
Azərbaycan Respublikasının
İnzibati-Prosessual Məcəlləsinin
tələblərinə əsasən
baxılır. İş
üzrə məhkəmə
qərarından həmin
qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində
Ali Məhkəməyə
şikayət verilə
bilər. Şikayətə
3 gün müddətində,
səsvermə gününə
30 gündən az müddət qalırsa iki gün müddətində
(lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş
ərizələrə isə
dərhal baxılmalıdır.
Sonra Ali Məhkəmənin hakimi Müşfiq Həsənovun
“Seçkilərdə seçki
hüquqlarının müdafiəsi
ilə bağlı qanunvericiliyin məhkəmələr
tərəfindən tətbiqi
təcrübəsi və
məhkəmədə seçki
hüquqlarının müdafiəsi
ilə bağlı işlər”, Mərkəzi
Seçki Komissiyası
Katibliyinin müdiri İlqar Əlizadənin “Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə vətəndaşların
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
seçki komissiyalarında
araşdırılması prinsipləri
və xüsusiyyətləri”
mövzularında çıxışları
dinlənilib.
Seminar-müşavirəyə seçki mübahisələrinin
məhkəmə qaydasında
həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra
yekun vurulub.
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.9.