COP29 Azərbaycanın
alternativ enerji sahəsində liderliyini nümayiş etdirmək üçün fürsətdir
"2024-cü ilin noyabrından
Azərbaycanda keçiriləcək
COP29 ölkənin bərpaolunan
enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində liderliyini nümayiş etdirmək üçün fürsətdir".
Bu barədə
ABŞ Dövlət Departamentinin
Azərbaycanda investisiya
mühitinə dair hesabatında deyilir.
Materialda qeyd olunub ki, Azərbaycan
həm quruda, həm də dənizdə külək
və günəş
enerjisinin inkişafı
üçün böyük
potensiala malikdir.
"Azərbaycan hökuməti
2030-cu ilədək elektrik
enerjisi istehsalının
ümumi quraşdırılmış
gücündə bərpaolunan
enerji mənbələrinin
payının 30 faiz olmasını qarşısına
məqsəd qoyub. Əsas diqqət günəş, külək
və su-elektrik stansiyalarına yönəlib,
layihələrin həyata
keçirilməsində xarici
investorlar həlledici rol oynayır. 2023-cü ilin oktyabrında Azərbaycanda 230 meqavatt gücündə günəş
elektrik stansiyası işə salınıb. Ölkə Xəzər dənizindən Avropaya
"yaşıl enerji"
dəhlizinin yaradılması
üzərində fəal
iş görür. Bərpa olunan enerji sektorunda rəqabət müsbət
dəyişikliklərə, o cümlədən artan investisiya, innovasiya və sosial-iqtisadi faydaların artmasına imkan yarada bilər",
- hesabatda deyilir.
Ənənəvi enerjiyə
gəlincə, Dövlət
Departamentindən bildiriblər
ki, 2022-ci ilin iyununda Azərbaycan və Avropa Komissiyası 2027-ci ilə
qədər Azərbaycan
qazının Avropaya ixracını iki dəfə artırmaq üçün anlaşma
memorandumu imzalayıb.
"2027-ci ilə qədər
Azərbaycan Trans-Adriatik
Boru Kəməri (TAP)
ilə qaz nəqlini ildə 20 milyard kubmetrədək artırmağı planlaşdırır.
2023-cü ildə Azərbaycan
Avropaya 11,8 milyard kubmetr qaz tədarük
edib. Azərbaycan qazının demək olar ki, yarısını
Avropa alır", - hesabatda deyilir.
ABŞ Dövlət Departamentindən qeyd ediblər ki, neft-qaz sektoru tarixən xarici investisiyaların daha böyük hissəsini cəlb etsə də, Azərbaycan hökuməti iqtisadiyyatını
şaxələndirmək üçün
dörd qeyri-neft sektoruna yönəlib: kənd təsərrüfatı,
turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və
nəqliyyat/logistika.
"Azərbaycan hökuməti
və analitiklər Azərbaycanın həmçinin
Orta dəhliz kimi tanınan multimodal Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda coğrafi cəhətdən əhəmiyyətli
mövqeyindən istifadə
etməyə davam edəcəyini gözləyir.
Orta dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə Çin və Avropa İttifaqının
konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.
Azərbaycan dəmir yolu sisteminə investisiya qoyur və artan yük
axınını idarə
etmək üçün
liman imkanlarını
genişləndirib", - hesabatda
deyilir.
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.11.