Azərbaycanın
nəqliyyat sektoru bu rolu layiqincə
yerinə yetirir
Azərbaycanın nəqliyyat
sektorunda davam edən irəliləyiş,
dinamizm göz önündədir. Son illər ölkəmizdə
mükəmməl bir
nəqliyyat infrastrukturu
yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil
nəqliyyatının inkişafı
istiqamətində mühüm
layihələr, islahatlar həyata keçirilib. Qabarıq görünən bu islahatlar vahid nəqliyyat siyasətinin formalaşmasında çox
böyük stimul yaradıb.
Bəri başdan
qeyd edək ki, nəqliyyat sektorunun inkişafı dövlətimizin əsas prioritetlərindən
biridir. Son 20 ilin hər birində
Azərbaycanda ən azı min kilometr
avtomobil yolunun, yüzlərlə kilometr dəmiryolunun tikilməsi və ya əsaslı
təmir edilməsi dövlətimizin bu sahəni daim diqqət mərkəzində
saxladığının göstəricisidir.
İşğaldan azad
olunmuş ərazilərdə
yeni hava limanlarının tikintisi,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən
işlər, dəmir
yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq
avtomagistralların inşası
və yenidən qurulması üçün
ayrılan vəsaitlər
göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək
istiqamətində ardıcıl
addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Bu
yolların logistika və ticarətdə mühüm rol oynadığı gün kimi aydındır. Logistik yollar nəqliyyat sənayesinin vacib hissəsidir. Qədimdən mühüm
nəqliyyat qovşağı
hesab olunan İpək yolunun Azərbaycandan keçməsi
ölkəmizin logistika
sahəsində zəngin
ənənələrə malik olduğunu göstərir. İpək yolunun bərpası istiqamətində
nəhəng qlobal təşəbbüsün mühüm
halqası kimi çıxış edən
Azərbaycan təkcə
tranzit ölkə kimi yox, eyni
zamanda Bakı-Tbilisi-Qars
(BTQ) dəmir yolu,
"Şimal-Cənub" beynəlxalq
nəqliyyat dəhlizi
kimi layihələrin də təşəbbüskarı
və icraçısı
kimi çıxış
edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır
və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış
etmir, eləcə də Şimalla Cənubu birləşdirən
mühüm tranzit rolunu oynayır.
Qeyd edək ki, tranzit daşımalarda
dəmir yolu nəqliyyatının rolu
əvəzsizdir. Dəmir
yolu nəqliyyatı çox sərfəli olmaqla yanaşı, digər tərəfi ilə də fərqlənir. Bu, onun qısa vaxtda tonlarla yükü daha uzun məsafələrə
daşıma imkanına
sahib olmasıdır. Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı
Astana şəhərində
"ŞƏT plyus" formatında
keçirilən görüşdə
çıxış edərkən
dəmir yolu nəqliyyatına da toxunub: "Şimal-Cənub"
dəhlizinin Azərbaycan
seqmentinin dəmir yolu və avtomobil
infrastrukturu hazırdır
və uğurla fəaliyyət göstərir.
Hazırda biz dəmir yolu daşımalarının həcminin
ildə 15 milyon tona qədər artırılması üzərində
işləyirik, sonradan
zərurət yaranarsa,
bu rəqəm 30 milyon tona çatdırılacaq".
Həyata keçirilən
irimiqyaslı layihələr
ölkəmizin tranzit
və yükdaşıma
potensialından daha səmərəli istifadə
etməsinə imkan yaradır. Dünyanın ən iri layihələrindən
biri sayılan Bakı-Tbilisi-Qars dəmiryolu
qitələrarası daşımalar
üçün geniş
imkanlar açır. Asiya ilə Avropa arasında ən qısa marşrut olan bu yolun yaratdığı əlverişli şərait
bir çox dövlətlərin, xüsusilə
Şərq ölkələrinin
diqqətini cəlb edir. Mövzuya bu baxımdan yanaşaraq deyə bilərik ki, hazırda iqtisadiyyatın sürətli və hərtərəfli ikişafında
nəqliyyat sektorunun xüsusi çəkisi danılmazdır. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət
növlərini əhatə
etməklə iqtisadiyyatda inkaredilməz
rola malikdir. Nəqliyyat dünya ölkələrinin iqtisadi
inkişafı zamanı
"fəqərə sütunu"
olmaqla sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetləri arasında körpü rolunu da oynayır. Əsas vəzifəsi və fəaliyyəti daşınma proseslərini
həyata keçirməkdir.
Daşınma prosesləri
isə istehsal proseslərinin həyata keçirilməsinin mühüm
şərtidir. İstehsal
olunan və hazırlanan məhsullar daşınaraq istehlak yerlərinə (istehlakcılara)
çatdırılır. Bu
prosesin Azərbaycanda
necə həyata keçirilməsini bilmək
üçün rəsmi
statistikaya müraciət edək.
Dövlət Statistika
Komitəsinin məlumatına
görə, nəqliyyat
sektorunda fəaliyyət
göstərən müəssisə
və fiziki şəxslər tərəfindən
2024-cü ilin yanvar-iyun
aylarında 113,2 milyon
ton yük və 967,4 milyon sərnişin daşınıb.
2023-cü ilin müvafiq
dövrü ilə müqayisədə yük
daşınması 4 faiz,
sərnişin daşınması
isə 8,2 faiz artıb. Yüklərin
57,9 faizi avtomobil, 30,1 faizi boru kəməri,
8,2 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı
ilə daşınıb.
Sərnişinlərin 87,7 faizi
avtomobil, 11,7 faizi metro, qalan hissəsi
isə digər nəqliyyat növləri ilə mənzil başına çatdırılıb. Dəmiryol nəqliyyatı ilə 9,3
miyon ton yükün, 3849,8 min sərnişinin daşınması
həyata keçirilib.
Statistika dəniz
nəqliyyatındakı vəziyyəti
belə açıqlayır:
ilk altı ayda daşınan yüklərin həcmi
4125,7 min ton təşkil edib və əvvəlki ilin eyni vaxtı
ilə müqayisədə
8,6 faiz azalıb. Yüklərin 48,7 faizi neft olub. Dəniz
limanları tərəfindən
6852,1 min ton həcmində
yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5487,9 min tonunu, yəni 80,1faizini tranzit yüklər təşkil edib. Daşınan sərnişinlərin
sayı isə ötən ilin müvafiq dövrü
ilə müqayisədə
27,6 faiz artaraq 13,4 min nəfər olub.
Nəqliyyat sektorunda
daşımaların həcmində
xüsusi çəkisi
daha böyük olan avtomobil nəqliyyatı ilə
848,6 milyon sərnişin
daşınıb. Sərnişinlərin
95,3 faizi avtobus, 4,7
faizi isə minik taksilərinin xidmətlərindən istifadə
edib. Sərnişin dövriyyəsi 10 faiz artıb. Ümumilikdə ötən 6 ayda Azərbaycanda
nəqliyyatçılar 967,4 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,7 faizi
avtomobil nəqliyyatı,
11,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Statistik rəqəmlər cəmiyyət
həyatının göstəricisidir.
Sadalanan rəsmi statistika sübut edir ki, Azərbaycanın
ən mühüm qeyri-neft sektoru olan nəqliyyat sistemi hərtərəfli
və dinamik inkişafdadır.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
24 iyul (¹ 154).- S.12.