Azərbaycan dünyanın mədəni irsinə dəyərli töhfələr verir

 

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın  mədəniyyət siyasəti ölkəmizin milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə inkişafına güclü zəmin yaradıb, onu yeni-yeni çalarlarla zənginləşdirib. Azərbaycan müxtəlif tədbirlərə evsahibliyi etməklə, habelə xarici ölkələrdə keçirdiyi yüksəksəviyyəli görüşləri ilə dünyanın mədəni tərəqqisinə dəyərli töhfələr verir.

Prezident İlham Əliyev bu məsələyə ciddi önəm verir. Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevrilib, eyni zamanda qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycana məxsusdur Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi bilavasitə təşkilatçılığı ilə reallaşdırılır.

Mədəniyyətlərarası münasibətlərdə körpü rolunu oynayan, habelə tamaşaçıların qəlbində silinməz izlər buraxan tədbirlərdən biri Azərbaycanda yüksək səviyyədə keçirilən Rusiya mədəniyyəti günləridir. 1994-cü ildən başlayaraq Rusiya ilə Azərbaycan arasında mədəniyyət günlərinin keçirilməsi artıq ənənə halını almışdır. Heydər Əliyev sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi rəğbətlə qarşılanmış "Rus klassikası" adlı qala-konsertlə davam etdirilmişdir.

Ölkəmizdə keçirilən Rusiya mədəniyyəti  günlərində bakılılar qonşu ölkənin bir neçə kollektivi ilə münasibət yaratmışdılar. Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında göstərilmiş "Jizel" "Napoleon Bonapart", habelə "Kreml baleti", Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Sergey Jilinin rəhbərliyi altında çıxış edən "Fonoqraf-Caz Bend" kollektivi, Səməd Vurğun adına Rus Dram Teatrında "Nəfs" "Eleonora" əsərlərini nümayiş etdirən Beynəlxalq teatr agentliyi "Art-Partnyor XXI" belə kollektivlərdəndir.

Mədəniyyət günləri çərçivəsində iki ölkənin mədəniyyət nazirləri arasında kitabxana sahəsində əməkdaşlığa dair müqavilə imzalanmışdır. S.Bəhlulzadə adına sərgi salonunda "Rusiyanı tanıdaraq" adlı fotosərgi açılmışdır. Eləcə Rusiyanın tanınmış müğənniləri Bakı sənətsevərləri qarşısında çıxışlar etmişlər. "Nizami" kinoteatrında bir sıra filmlər nümayiş olunmuşdur.

Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev mətbuata açıqlamasında deyib: "Mən uzun müddətdir gözəl Bakıya gəlməmişdim. Ötən zaman ərzində şəhər daha da gözəlləşib. Bütün artistlər buradakı gözəl, mehriban səmimi atmosferi qeyd edirlər. Gördüyümüz isti münasibət təkcə havadan deyil, azərbaycanlıların qəlbindən gələn hərarətdir. Çox ümid edirəm ki, yenidən başladığımız bu bundan sonra da davam etdiriləcək ənənəvi olaraq hər il keçiriləcək".

Mədəniyyət incəsənət tədbirləri ilə zəngin olan iyul ayının ikinci ongünlüyündə Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri unudulmaz olmuşdur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında açılışı olan poeziya bayramında dövlət hökumət nümayəndələri, respublikanın tanınmış ədəbiyyat, elm mədəniyyət xadimləri, eləcə bu ilin may ayında doğma yurda köçmüş Şuşa sakinləri iştirak edirdilər.

Şuşada dördüncü dəfə təşkil olunan Vaqif Poeziya Günlərində  Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək bildirib ki, builki Vaqif Poeziya Günləri bir çox mühüm əlamətdar hadisələrlə üst-üstə düşür: "Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk poeziya bayramıdır. Bundan əlavə, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" missiyasını yerinə yetirir. Bu il həmçinin dahi Azərbaycan şairi mütəfəkkiri Məhəmməd Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin isə 90 illik yubileyləridir. Builki tədbirdə Yazıçılar Birliyinin 100-dən çox üzvü iştirak edir".

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə çıxışında ötən dövrə ekskurs edərək demişdir ki, hələ SSRİ dövründə mərkəzi hökumət məkrli şəkildə Qarabağda beynəlmiləlçilik hərəkatını, siyasətini həyata keçirdiyi bir zamanda Ümummilli Lider Heydər Əliyevin Şuşada Vaqifə belə bir əzəmətli məqbərə ucaltması Qarabağa Azərbaycanın möhürünü vurması demək idi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş Şuşada ilk olaraq Vaqifin məqbərəsinin yenidən bütün əzəməti ilə bərpa edilməsi böyük əhəmiyyətə malikdir. Yenidən təşkil olunan Vaqif Poeziya Günləri Prezident İlham Əliyevin liderliyi ilə gündən-günə inkişaf edən Azərbaycanın şeir, sənət dili ilə ifadə olunan böyük təntənəsidir".

Azərbaycan mədəniyyətində milli irsin qorunub saxlanılması, eyni zamanda onun təbliği sahəsində görülən bu kimi tədbirlər ictimaiyyətdə böyük məmnunluq doğurmuşdur.

 

Rəhman SALMANLI,

Azərbaycan.- 2024.- 24 iyul (№ 154).- S.14.