Caz
sənətinin əfsanəsi
Vaqif Mustafazadənin yeni lent yazısı
tapılıb
"Azərbaycan caz
sənətinin əfsanəsi,
caz-muğam janrının
yaradıcısı, Əməkdar
artist Vaqif Mustafazadənin bu günə kimi bəlli olmayan lent yazısı üzə çıxarılıb".
Bu barədə
Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi öz sosial şəbəkə hesabında
məlumat verib. Bildirilir ki, lent yazısı müğənni, caz musiqisi bilicisi Tofiq Həsənsoy tərəfindən aşkar
olunub. 1979-cu ildə Vaqif Mustafazadənin son konsertlərindən birində ifa olunan bu əsər
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası Bəstəkarlıq kafedrasının
müdiri professor Aydın Əzim Kərimoğluya məxsusdur.
"Aydın K.Azim
mövzusunda fantaziya"
adlı əsəri V.Mustafazadə və dostları gitarada Ələsgər Abbasov (Türkiyədə yaşayır),
zərb alətində
Pərviz Ədib (Almaniyada yaşayır) və bas-gitarada Nazim Quliyev ifa
edirlər.
Kamil Şahverdi
paylaşımında yazıb:
"... 45 il bundan əvvəl ifa olunan şedevr fantaziyanı ilk dəfə sizə təqdim etməkdən qürur duyuram. Bu lent yazısının
üzə çıxması
üçün dəyərli
dostumuz, caz musiqisinin mahir bilicisi və təbliğatçısı Tofiq
Həsənsoya təşəkkürlər!"
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.14.