Musiqi əfsanəsi...

 

 

Azərbaycan özbək xalqlarını bir-birinə yaxın olan milli adət-ənənələri, ümumi dil qrupu, mədəniyyət din birləşdirir. Son illər bu iki qardaş ölkə - Azəbaycanla Özbəkistan arasında dostluq qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü il iyulun 22-də müğənni, bəstəkar, kinoaktyor Fərrux Zakirovun Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Xalq artisti fəxri adı ilə təltif edilməsi bu münasibətin bariz nümunəsidir.

 

Fərrux Zakirov 1946-cı il aprelin 16-da Daşkənddə dünyaya gəlib. Ömür yoluna körpəlikdən muqisi sədaları yoldaşlıq edib. Onun atası Kərim Zakirov (1912-1977) bariton səsə malik opera müğənnisi, Özbəkistan SSR-in Xalq artisti, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera Balet Teatrının solisti, anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı Mukimi adına Musiqili Komediya Dram Teatrının solisti olublar. Onlar doğma vətənlərindən uzaqda, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bir-birilərini tanımışdılar. Sonradan ailə qurub  altı övlad - beş oğul bir qız sahibi olmuşdular. Uşaqları - Batır, Luiza, Naufal, Cəmşid, Fərrux Rövşən olduqca maraqlı uşaqlıq illəri yaşayıblar. Çünki valideynləri onların dostları Özbəkistanda sayılıb-seçilən sənətkarlar, incəsənət xadimləri idilər. Onların yanında böyüyüb mədəniyyət incəsənətə könüldən bağlanmamaq mümkünsüz idi. O ailədə boya-başa çatanların əksəriyyətini uşaqlıqdan vurğunu olduqları incəsənət tanıtdı, məşhurlaşdırdı.

Özbək sovet estrada müğənnisi, bəstəkarı aktyoru Fərrux Zakirov gənc yaşlarından nəinki Özbəkistanda, keçmiş Sovet İttifaqında şöhrətləndi. Onun qardaşı Batır Zakirov (1936-1985) müğənni, yazıçı, şair, rəssam aktyor, respublikada estrada musiqisinin banisi, Özbəkistanın Xalq artisti kimi tanındı. Qardaşı Cəmşid Zakirov (1949-2012) teatr kino aktyoru, teleaparıcı, Özbəkistanın Əməkdar artisti, bacısı Luiza Zakirova isə müğənni oldu. Luiza Zakirovanın qızı Nərgiz Zakirova da müğənnidir.

Fərrux Zakirovun 1970-ci ildə Daşkənd şəhərində yaratdığı "Yalla" vokal-instrumental ansamblı "Qız bola" "Yallama yerim" mahnıları ilə məşhurlaşdı. Adı özbək musiqisinin bir üslubu ilə eyni olsa da, qrup öz adını "Qız bola" mahnısının nəqarətindən götürdü. Uğuru da həmin mahnının aranjemanından başladı.

"Yalla" mahnısı ilə "Allo, biz istedad axtarırıq!" adlı ümumittifaq müsabiqəsində iştirak edən qrup SSRİ-nin dövründə Moskva şəhərində keçiriləcək finala vəsiqə qazandı. Moskvada təşkil olunan müsabiqədə qrup üzvləri milli özbək mahnısı "Ramazan" rus milli mahnısı "Üzən buludlar"ı ifa etdilər.

"Qız bola" "Yallama yerim" mahnıları ümumittifaq "Melodiya" səsyazma studiyasında yazıldı.

Qrup onun rəhbəri Fərrux Zakirov özbək folklorundan çox istifadə edirdi. Oxuduqları "Macunton (Ağlayan söyüd)", "Boyçiçək (Novruzgülü)", "Yallama yerim" başqa mahnılar bu qəbildəndir.

Əsasən özbək, rus ingilis mahnıları ifa edən "Yalla" qrupu öz repertuarını daim zənginləşdirirdi. Onlar hara qastrola getsəydilər, harada konsert versəydilər - Azərbaycan, Türkiyə, İsrail, İsveçrə, Şri-Lanka, Vyetnama... həmin ölkənin dilində mütləq mahnı ifa edirdilər.

Ansambl bir neçə il dayanmadan uğurlu çıxışlar etdi. Sovet İttifaqında konsertlər verdi və şöhrətin zirvəsinə çatdı. "Yalla" özbəklərin fəxri oldu, bütün SSRİ-də çox sevildi və mahnıları dillər əzbərinə çevrildi. Qrup "Asiyanın Bitlzı" adlandırıldı. Böyük həvəslə çalışan qrup üzvləri Almaniyada keçirilən festival üçün alman dilində 15 mahnı yazdırdılar. Ancaq 1970-ci illərin axırlarında qrupda durğunluq yarandı.

Ansambla 1979-cu ildə yeni üzvlər qoşuldular. Həmin musiqiçilər indiyədək qrupdadırlar. Sonrakı illərdə də qrupda bir sıra dəyişikliklər baş verdi. Qrupun köhnə üzvlərindən yalnız Fərrux Zakirov qaldı.

O, 1980-ci ildə "Uç kuduk" ("Üç quyu") adlı mahnının musiqisini 40 dəqiqəyə yazdı. Çox məşhurlaşan bu mahnı ansamblın simvoluna çevrildi. "Son poema", "Şəhrisabz", "Kəndirbaz", "Nəsrəddinin mahnısı", "Sevdiyimin üzü", "Məni yol çağırır", "Çayxana" "Səmərqəndin mavi günbəzləri" və digər mahnılar da qrupun repertuarında olan məşhur mahnılardı.

2000-ci ildə qrupun rəhbəri Özbəkistan Mədəniyyət nazirinin müavini seçildi. Ancaq vəzifə Fərrux Zakirovu "Yalla"dan ayıra bilmədi. O, qrupu tərk etmədi. Nazir müavini olduğu zaman xeyriyyə işləri ilə də məşğul oldu.

2002-ci ildə təqdim etdikləri "Retro Yalla" adlı konsert proqramında 1970-ci illərdə oxuduqları mahnılara yer verdilər. Həmin ilin mayında Fərrux Zakirov mədəniyyət naziri təyin olundu. O, bu vəzifədə 2004-cü ilin iyul ayınadək çalışdı.

2005-ci ildə "Yalla" qrupu yaranmasının 35 illiyini konsertlərlə qeyd etdi. "Retro FM-in əfsanələri" adlı konsertdə 1970-1980-ci illərin ulduzları ilə birlikdə onlar da özünəməxsus ifaları ilə yer aldılar.

Fərrux Zakirov Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistanın Qaraqalpaqıstan və Rusiyanın İnquşetiya respublikalarının Xalq artistidir.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 24 iyul (№ 154).- S.14.