Ölkənin
Olimpiya yığmasındakı hicablı
idmançıların yarışlarda iştirak etmələrinə
qadağa qoyulub
"Hamı üçün
açıq Oyunlar"
- bu, Paris Yay Olimpiya Oyunlarının devizidir.
Amma nədənsə,
bu prinsip hələ oyunlar başlamazdan əvvəl dəfələrlə pozulub. Burada söhbət təkcə siyasi səbəblərə
görə oyunlarda iştiraka icazə verilməyən rusiyalı
idmançılardan getmir.
Son məlumata görə, Fransa öz idmançılarına
hicabla iştirakı rəsmən qadağan edib. Elə isə bu ölkə
insan hüquqlarından
niyə danışır?
Fransada son illər müsəlman diasporu ilə hökumət arasında münasibətlər kifayət
qədər gərginləşib.
Hakimiyyət islam dininin bütün inanclılarına qarşı
qərəzli mövqe
tutur. Bu, keçmiş koloniyalardan
olan insanların və ya müsəlman
miqrantların yaşadığı
ölkədə baş
verir.
Xristianların xaç
taxması ilə bağlı heç bir xüsusi problem olmadığı halda, hicablı müsəlman qadınların
peşəkar idmanla məşğul olması
sadəcə qadağan
edilib.
Əksər beynəlxalq
idman təşkilatlarında
belə qaydalar yoxdur. 2014-cü ildən
FİFA qadın futbolçuların
hicablı oynamasına
icazə verib. FIBA isə 2017-ci ildə qadın basketbolçular üçün oxşar qərar qəbul edib.
Fransada geyimə
qadağa qoyulmasının
səbəbi dinlə
bağlıdır. Təəssüf
ki, bir çox
gənc müsəlman
qadın bundan əziyyət çəkir.
26 yaşlı basketbolçu
Salimata Silla deyir: "Bizi rədd edən bir ölkədə doğulduğumuzu görmək
çox üzücü
və alçaldıcıdır.
Hakimiyyət həmişə
bizim çıxış
etməyimizə qarşı
olub".
Olimpiadanın başlanmasına
bir il qalmış
Fransa yığmasının
nümayəndələri öz
idmançılarına hicab
taxmağın qadağan
olunduğunu bildirmişdilər.
İdman naziri Ameli Udea-Kastera isə deyib ki, ölkə mütərəqqi dünyəviliyə
can atdığı üçün oyunlar zamanı "sərt sekulyarizm" dəstəklənəcək.
Bu, dərhal qəzəb fırtınasına
səbəb olub: hüquq müdafiəçiləri
BOK-a məktub yazaraq etiraz aksiyaları təşkil ediblər. Fransa hakimiyyəti hətta BMT-də də tənqid olundu.
BMT-nin İnsan
Hüquqları üzrə
Ali Komissarlığının
katibi Maria Hurtado bununla əlaqədar bildirib: "Heç kim qadına nə geyinməli, yaxud geyinməməli barədə tapşırıq
verməməlidir. Ümumiyyətlə,
Qadınlara qarşı
ayrı-seçkiliyin aradan
qaldırılması üzrə
komitə hesab edir ki, konvensiyaya
üzv olan istənilən dövlət,
o cümlədən Fransa, cinslərin
aşağılığı və ya üstünlüyü
fikrinə əsaslanan
hər hansı sosial və ya mədəni nümunələri dəyişdirmək
üçün bütün
lazımi tədbirləri
görməyə borcludur".
İş o yerə
çatıb ki, Fransa hakimiyyəti özünə bəraət
qazandırmaq üçün
bəhanələr gətirməli
olub. İdman naziri Ameli Udea-Kastera
bildirib ki, qərar baş nazirlə birlikdə verilib və qadağa heç kimin hüquqlarını əlindən almaq məqsədi daşımır.
Onun sözlərinə
görə, fransızlar
sadəcə olaraq neytrallığı və
dünyəviliyi qorumağa
çalışırlar.
Olimpiada ərəfəsində
qadağa məsələsi
yenidən müzakirə
mövzusuna çevrilib.
"Amnesty International" insan haqları təşkilatı
bu məsələ ilə bağlı sərt bəyanatla çıxış edib:
"Hicabı geyən
fransız idmançıların
Olimpiya Oyunlarından kənarlaşdırılması beynəlxalq insan hüquqları qaydalarının
pozulması deməkdir
və Beynəlxalq Olimpiya Komitəsinin ayrı-seçkilik xarakterli
ikiüzlülüyünü ifşa edir. Fransalı qadın idmançıların Olimpiya
və Paralimpiya Oyunlarında idman hicabında yarışmasının
qadağan edilməsi
"Paris 2024"ün gender bərabərliyi ilə keçirilən ilk Olimpiya Oyunları olması iddiasına istehzadır. Bu, Fransada idmana əlçatanlığın əsasını
təşkil edən irqçi gender ayrı-seçkiliyini ifşa
edir".
Əgər idmançılar
qeyri-idman səbəblərinə
görə turnirdə
iştirak edə bilmirlərsə, bərabərlikdən,
"Hamı üçün
açıq Oyunlar"dan
necə danışmaq
olar? Digər ölkələrin müsəlman
qadınları hicabda
yarışacaqları halda,
İslamı qəbul
edən və başlarını örtən
fransız qadın idmançılar Olimpiadanı
evdən izləməli
olacaqlar. Dini etiqad hüququ insanın yaşamaq hüququ kimi tam haqqıdır.
Amma deyəsən,
Fransada bunu unudublar.
Bu ölkədə
insanların başqa hüquqları da pozulur. Bu arada
Fransanın daxili işlər naziri Cerald Darmanen "Le Journal du Dimanche" nəşrinə müsahibəsində
deyib ki, yüzə yaxın insana casusluq təhlükəsi və kiberhücumlar səbəbindən
Olimpiya Oyunlarına akkreditasiyadan imtina edilib. Söhbət Rusiya, Belarus və digər ölkələrdən
gələn müraciətlərdən
gedir.
Nazir deyib ki, həmin adamlar müxtəlif "pərdələr" altında
- jurnalist,
texniki işçi, fizioterapiya mütəxəssisi
və s. kimi akkreditasiya olunmağa cəhdlər ediblər.
Darmanenin fikrincə,
bu şəxslərin
məqsədi ehtimal ki, terror aktları
törətmək deyil,
kəşfiyyat və
ənənəvi casusluqdan
əlavə, kiberhücum
həyata keçirmək
üçün kompüter
şəbəkələrinə çıxış əldə
etməkdir.
Ümumilikdə, indiyədək
4355 nəfər Olimpiadaya
akkreditasiyadan keçmək
imkanından məhrum
edilib.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.16.