Şəhidlərimizin
əziz xatirəsi əbədiləşdirilir
Prezident
İlham Əliyev Bakıda Zəfər parkında aparılan
tikinti işləri ilə tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər
parkında aparılan tikinti işləri ilə tanış
olub.
AZƏRTAC xəbər
verir ki, “PMD Projects” şirkətinin direktoru Nəriman
Topçibaşev parkda görülən işlər barədə
dövlətimizin başçısına məlumat verdi.
Prezident
İlham Əliyevin 2020-ci il dekabrın 3-də
imzaladığı Sərəncamda Azərbaycan
xalqının Vətən müharibəsində göstərdiyi
misilsiz qəhrəmanlığın və
qazandığı möhtəşəm tarixi Zəfərin
yaddaşlarda yaşadılması və ictimaiyyətə
nümayiş etdirilməsi, şəhidlərimizin əziz
xatirəsinin əbədiləşdirilməsi məqsədilə
Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və
Zəfər Muzeyinin yaradılması
tapşırılmışdı. Sərəncamdan dərhal
sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər
Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə
başlanıldı.
Qeyd edək
ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Bakıda inşası davam etdirilən Zəfər
parkında olublar. Dövlətimizin başçısı və
birinci xanım burada görülən işlərlə
tanış olublar.
8 Noyabr
prospektində inşa olunan Zəfər parkının ərazisi
doqquz hektardan çoxdur.
Parkın girişində
44 tağ elementindən
istifadə edilib. Tağlar Qələbəyə
aparan rəmzi yolun başlanğıcını
tərənnüm edir.
İnşası davam
edən tağın hündürlüyü 44 metr,
eni isə 22 metrdir.
Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü
və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin
ətrafında Qarabağ
xalçalarındakı naxış
və bəzək elementlərini əks etdirən yaşıllıq
salınacaq.
Zəfər Muzeyinə
park ərazisindən iki
istiqamətdə giriş
olacaq. Sahəsi 9 min
200 kvadratmetr olan muzeyin yan divarında
Azərbaycanın ərazi
bütövlüyü uğrunda
şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək.
Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər
parkında, həmçinin
tematik bağça, kaskad tipli şəlalə,
Qarabağ yaddaş bağçası və
parka ümumi baxış
nöqtəsi yaradılacaq.
Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası
da nəzərdə tutulur.
Yaddaş bağçası
parkın son hissəsində
yaradılacaq. Bu hissəyə
enən cığır
hündür haşiyəli
çiçək və
yaşıllıqlarla əhatə
olunacaq. Yaddaş bağçasının ətrafında
istirahət guşələri
yaradılacaq, oturacaqlar
qoyulacaq. Su hövzəsinin
mərkəzində isə
Azərbaycan Bayrağı
dalğalanacaq.
Azərbaycan.-2024.- 25 iyul
(¹ 155).- S.1-2.