İlham
Əliyev Özbəkistan Respublikasının Prezidentini ad
günü münasibətilə təbrik etdi
İyulun
24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Özbəkistan Respublikasının Prezidenti
Şavkat Mirziyoyevə zəng edib.
Dövlətimizin
başçısı Şavkat Mirziyoyevi ad günü
münasibətilə təbrik edərək, ona möhkəm
cansağlığı və prezidentlik fəaliyyətində
yeni uğurlar arzulayıb.
Şavkat
Mirziyoyev göstərilən diqqətə və təbrikə
görə Azərbaycan Prezidentinə minnətdarlığını
bildirib.
Prezidentlər
bu il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının
Dövlət başçılarının qeyri-rəsmi Zirvə
görüşünün və bu tədbir çərçivəsində
təmasların əhəmiyyətini qeyd ediblər.
Telefon
söhbəti zamanı dövlət başçıları
ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin
bundan sonra da möhkəmlənəcəyinə əminlik
ifadə edib, əməkdaşlığın perspektivləri
və gələcək təmaslar barədə fikir
mübadiləsi aparıblar.
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.1.