Ermənistana ayrılan vəsaitin arxasında məkrli niyyətlər dayanır

 

 

Dünyanın bəzi dövlətləri Ermənistanı silahlandırmaq yarışına giriblər. Fransa isə bu işdə öndə gedir. Ermənistana müxtəlif silahlar göndərir, maliyyə yardımları ayırırdı. Təəssüflər olsun ki, son vaxtlar bu yarışda iştirak edənlər çoxalmağa başlayıb. Artıq ABŞ bu bədnam təşəbbüsə qoşulub.

Bir müddət əvvəl ABŞ Dövlət katibinin müavini Uzra Zeya Ermənistanın Müdafiə Nazirliyində Amerika ordusunun nümayəndəsinin çalışacağı ilə bağlı qərarın verildiyi barədə məlumatı təsdiqləmişdi. İndi isə Birləşmiş Ştatların İrəvandakı səfirliyi konkret detalları açıqlayıb. Ali diplomatik təmsilçilik "Azadlıq" radiostansiyasının sorğusuna cavab verərkən bildirib ki, ABŞ Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda erməni hərbi birləşmələrində konsultativ dəstəyə rəhbərliyə başlamaq niyyətindədir.

Sözdə iki ölkə arasında sülhü dəstəkləyən Avropa İttifaqı Şurası Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım göstərmək barədə qərar qəbul edib. Məlumatda bildirilib ki, sözügedən yardım Avropa Sülh Fondu (APF) çərçivəsində həyata keçiriləcək. Məqsəd ölkənin silahlı qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran fövqəladə hadisələr zamanı mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Dəstək həmçinin Ermənistanın dayanıqlılığını artırmaq gələcəkdətərəfindən aparılan bey-nəlxalq hərbi missiya əməliyyatlarda mümkün iştirakı halında ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədini daşıyır.

Bütün bunlar isə ümumən Qərbin Ermənistana hərbi dəstək ritorikasının mövcudluğundan xəbər verir. Bu cür dəstəklər ölkənin düşdüyü illüziya bataqlığındakı yerini bir qədər möhkəmləndirir. İllüziyanın ilk avantürist simptomu isə artıq var. Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutublar. Baş nazir Nikol Paşinyan administrasiyası məsələ ilə bağlı açıqlamasında faktı təkzib edib məsələni Azərbaycanla qarşılıqlı əsasda araşdırmağa hazır olduğunu bildirib. Həmişəki kimi Ermənistan hakimiyyəti yenə həyasızlıq edir. Aldıqları hərbi yardımlara güvənən ermənilər çox ehtimal ki, bundan sonra da cəbhədə təxribatlar törədə bilər. Lakin rəsmi İrəvan bilməlidir ki, Azərbaycanla barış üçün itirilən hər gün Ermənistanı acınacaqlı sonluğa sürükləyir.

Avropa İttifaqı Şurasının qərarına əsasən, Avropa Sülh Fondu çərçivəsində Ermənistana 10 milyon avro hərbi yardım ayrılması rəsmi Bakı tərəfindən etirazla qarşılanıb. Sülhə xidmət etməyən bu addım qətiyyətlə pislənilib. Rəsmi Bakı Avropa İttifaqı Şurasının qərarına etirazını bildirib Ermənistana ediləcək  yardım barədə şəffaf məlumat tələb edib. "Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış təhlükəli addımdır regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli qərəzli xarakter daşıyır, bölgədə "bölücü xətlər" yaratmaq siyasətinin təzahürüdür", - Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. Ediləcək yardımın Ermənistanın hərbi potensialını gücləndirməyə bölgədə destruktiv fəaliyyətə xidmət edəcəyini deyən A.Hacızadə əlavə edib ki, Avropa İttifaqı bölgədə silahlanmaya hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh əməkdaşlığın alternativinin olmadığını anlamalıdır.

Avropa İttifaqının əsas məqsədinin Ermənistanı silahlandırmaq olduğu Cənubi Qafqazda sülh perspektivinə ciddi risklər yaratdığı hamıya məlumdur. Əgər belə olmasaydı, Avropa İttifaqı təkcə Ermənistana yox, paralel olaraq Azərbaycana da maliyyə yardımı ayırardı. Çünki bu gün minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycanın belə dəstəyə daha çox ehtiyacı var, nəinki Ermənistanın. Təbiidir ki, burada məqsəd hədəf başqadı. Qərb Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək bölgədəki maraqlarını həyata keçirmək niyyəti güdür. Yəni Avropa İttifaqı pulları Ermənistana elə-belə vermir. Ermənistan Rusiyanın təhlükəsizlik təminatından imtina edir. Bu məqamdan istifadə edən Avropa İttifaqı da Ermənistanda Moskvanı əvəz etməyə çalışır. Bu məqsədlə Ermənistana ətək-ətək maddi yardımlar ayırır. Əgər əsas məqsəd budursa, ayrılan 10 milyon avroluq yardım, necə deyərlər, aysberqin görünən tərəfidir. Deməli, hərbi yardımlar bundan sonra da davam edəcək.

Ermənistana olunan hərbi yardımlardan belə nəticəyə gəlmək olar ki, Avropa İttifaqının Cənubi Qafqazda həyata keçirmək istədiyi sülh gündəliyi yavaş-yavaş arxa plana keçir. Görünür ki, Avropa İttifaqının çaldığı ilə oynayan Ermənistan da sülh istəmir. Üzdə özünü sülhpərvər göstərsə , arxada Fransadan, Hindistandan başqa ölkələrdən aldığı silahlarla, Avropa İttifaqından, ABŞ-dən ayrılan milyonlarla vəsaitlə ordusunu möhkəmləndirməyə çalışır. Söz yox ki, bölgədə baş verə biləcək hərbi eskalasiyaların məsuliyyəti Ermənistan rəhbərliyinin onları silahlandıran Qərb ölkələrinin üzərinə düşəcək. Rəsmi Bakı bunu həmişə açıq şəkildə bəyan edir. Bütün bunlar - Aİ-nin Ermənistanı silahlandırması Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini sual altına qoyur.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Avropa İttifaqının Ermənistana göstərdiyi yardıma münasibət bildirərək deyib ki, Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında onun Cənubi Qafqaz regionuna destruktiv təsirini genişləndirməsi dayanır. "Axı, kollektiv Qərb xəritədə münaqişə ocağının azalması ilə necə barışsın? Avropa Sülh Fondu isə sülh, sabitlik, təhlükəsizlik üçün deyil. Bu fond müharibə, ölkələri təxribata çəkmək qan tökmək üçündür", - o qeyd edib.

Göründüyü kimi, Avropa İttifaqının Ermənistana ayırdığı yardımın arxasında çirkin niyyətlər dayanır. Dünənə qədər Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini zəbt edən işğalçı dövlət idi. Bu gün İrəvan işğalçılıq niyyətindən əl çəkməyib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, o zaman Avropa İttifaqının atdığı addımların qədər təhlükəli olduğu bir daha aydın görünür. Şübhəsiz ki, Avropa İttifaqında bunları çox yaxşı bilirlər. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bildirib ki, bizim təhlükəsizliyimiz ciddi şəkildə təhdid edilərsə, dərhal buna cavab veriləcək. Verilən cavab isə çox sərt olacaq.

 

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.- 2024.- 25 iyul (№ 155).- S.10.