Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I kitab), maddə 202 (Cild I); 2024, ¹ 1, maddə 18, ¹ 2, maddə 135, ¹ 4, maddə 362; Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli, 5 aprel tarixli 1127-VIQD nömrəli, 19 aprel tarixli 1134-VIQD nömrəli 7 may tarixli 1148-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddədən “353.5,” rəqəmləri çıxarılsın.

2. 96.1.6-cı, 150.11-ci (hər iki halda), 529.1-ci, 529.2-ci 529.3-cü maddələrdə “353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanınsözləri “353.1, 353.2, 353.4 ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalarınsözləri ilə əvəz edilsin.

3. 122.1-ci maddənin birinci cümləsində “353.2” rəqəmləri “353.1, 353.2, 353.4, 353.5” rəqəmləri ilə əvəz edilsin.

4. 127-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

Maddə 127-1. İriqabaritli ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər foto ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası

 

127-1.1. Bu Məcəllənin 353.1, 353.2, 353.4 ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki kütlə parametrlərini ölçən elektron tərəzilərin foto ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər foto ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

127-1.2. İnzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir.

127-1.3. Bu Məcəllənin 353.1, 353.2, 353.4 ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır inzibati tənbeh vermə haqqında elektron qərarın xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur.

127-1.4. Bölünən yükləri daşıyan iriqabaritli ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir.

127-1.5. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür.

127-1.6. İriqabaritli ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir.

127-1.7. Bu Məcəllənin 353.1, 353.2, 353.4 ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş nəqliyyat vasitəsini idarə edən şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı həmin yerdə bank, poçt, plastik kart, elektron ödəmə sistemləri ya internet vasitəsilə ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat vasitəsi onu idarə edən şəxsə bu Məcəllənin 127-1.6-cı maddəsində qeyd olunan hallar istisna olmaqla dərhal qaytarılır.

127-1.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) inzibati cəriməni nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı nəzarət məntəqəsində bank, poçt, plastik kart, elektron ödəmə sistemləri ya internet vasitəsilə ödəmək üçün şərait yaratmalıdır.”.

5. 152.5-ci maddədə “353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətasözləri “353.1, 353.2, 353.4 ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalarsözləri ilə əvəz edilsin.

6. 339.5-ci maddədə “353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında sözləri “353.1, 353.2, 353.4 ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlərsözləri ilə əvəz edilsin.

7. 353-cü maddə üzrə:

7.1. 353.1-ci maddənin dispozisiyasınapozmaqlasözündən sonra “(eni üzrə 0,15 metr daha artıq, uzunluğu üzrə 0,20 metr daha artıq, hündürlüyü üzrə 0,20 metr daha artıq)” sözləri əlavə edilsin;

7.2. 353.2-ci maddənin dispozisiyasınaaşmaqlasözündən sonra “(icazə verilən ümumi kütlə ya oxa düşən yükün kütləsi üzrə 5 faiz daha artıq)” sözləri əlavə edilsin;

7.3. 353.3-cü maddənin dispozisiyasınaaşmaqlasözündən sonra “(eni üzrə 0,15 metr daha artıq, uzunluğu üzrə 0,20 metr daha artıq, hündürlüyü üzrə 0,20 metr daha artıq, icazə verilən ümumi kütlə ya oxa düşən yükün kütləsi üzrə 5 faiz daha artıq)” sözləri əlavə edilsin həmin maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.”;

7.4. 353.5-ci maddənin sanksiyasındanəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqlasözlərifiziki şəxslərsözləri ilə əvəz edilsin;

7.5. 353.6-cı maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

vəzifəli şəxslər iki min beş yüz manat məbləğində, hüquqi şəxslər yeddi min manat məbləğində cərimə edilir.”.

 

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2024-cü il

Azərbaycan.-2024.- 25 iyul( ¹ 155).- S.6.