Azərbaycanın
olimpiya və paralimpiya çempionlarına
dövlət dəstəyinin
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanın paralimpiya çempionları
üçün Azərbaycan
Respublikası Prezidentinin
xüsusi paralimpiya təqaüdü təsis
olunsun və onun aylıq məbləği minimum aylıq əməkhaqqı
məbləğinin 2 (iki)
misli miqdarında müəyyən edilsin.
2. Müəyyən edilsin ki, bu
Fərmanın 1-ci hissəsi
ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan
Respublikası dövlət
büdcəsinin vəsaiti
hesabına ödənilir.
3. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan
Respublikası Prezidentinin
xüsusi olimpiya təqaüdünün məbləği
minimum aylıq əməkhaqqı məbləğinin
4 (dörd) misli miqdarında müəyyən
edilsin.
4. “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan
Respublikası Prezidentinin
xüsusi olimpiya təqaüdlərinin təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 10
oktyabr tarixli 798 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, № 10, maddə 594 (Cild
I) 1-ci hissəsində “1300 (min üç yüz) manat məbləğində” sözləri
“minimum aylıq əməkhaqqı məbləğinin
4 (dörd) misli miqdarında” sözləri
ilə əvəz edilsin.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 24 iyul 2024-cü il
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.5.