Prezident
Administrasiyasının rəhbəri
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
icraçı katibi ilə görüşüb
İyulun 24-də Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının rəhbəri,
COP29 üzrə Təşkilat
Komitəsinin sədri
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
icraçı katibi Saymon Stil ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, Samir
Nuriyev Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə
COP29-a hazırlıq prosesi
barədə məlumat
verib, bu günlərdə ölkəmizin
təşəbbüslərinin geniş ictimaiyyət üçün açıqlandığını,
COP29-un müəyyən edilmiş
Prezidentinin Çərçivə
Konvensiyasının bütün
tərəflərinə bu
mötəbər tədbirlə
bağlı planları,
gözləntiləri əks
etdirən müfəssəl
məktub ünvanladığını
bildirib.
Prezident Administrasiyasının
rəhbəri COP29 Sədrliyinin
bütün dövlətlərin
və digər maraqlı tərəflərin
mövqeyini öyrəndiyini,
mühüm beynəlxalq
toplantılarda iştirak
etdiyini, fəal şəkildə çalışdığını
diqqətə çatdırıb,
ölkəmizin yeni iqlim maliyyəsinin məbləği üzrə
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında
konsensusa nail olunması üçün
səylərini əsirgəməyəcəyini
vurğulayıb.
Samir Nuriyev, həmçinin COP29-a hazırlıq
prosesi çərçivəsində
Azərbaycanda keçiriləcək
tədbirlər, konfransa
qatılacaq nümayəndə
heyətləri və
digər iştirakçılar
üçün yaradılacaq
şərait, vətəndaş
cəmiyyətinin COP29-da iştirakına
dəstək, kommunikasiya
sahəsində görülən
işlərdən danışıb.
Saymon Stil Azərbaycan tərəfindən
COP29-un uğurla keçirilməsi
istiqamətində aparılan
işlərdən, kiçik
ada ölkələrinə
dəstək verilməsinin
Azərbaycanın gündəliyində
yer almasından məmnunluğunu ifadə
edib, BMT-nin COP29-un təşkili ilə bağlı Azərbaycana hər cür kömək göstərməyə
hazır olduğunu bildirib.
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.7.