Azərbaycan
və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin
növbəti raundu keçirilib
İyulun 23-də Moskva
şəhərində Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
"Azərbaycan" qəzetinə
bildiriblər ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə
Azərbaycan tərəfindən
xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən
isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik ediblər.
Tədbirdə Azərbaycan-Rusiya
ikitərəfli əməkdaşlığının
mövcud vəziyyəti
və inkişaf perspektivləri, gündəlikdə
duran və qarşılıqlı maraq
kəsb edən beynəlxalq və regional məsələlər
ətrafında geniş
fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada
əsaslanan və ikitərəfli gündəliyi
formalaşdıran yüksək
səviyyəli siyasi dialoqun dövlətlər
arasında müttəfiqlik
qarşılıqlı fəaliyyətin
əsasını təşkil
etməsi məmnunluqla
vurğulanıb.
Siyasi məsləhətləşmələr
zamanı iki ölkə arasında, həmçinin iqtisadi-ticarət,
mədəni-humanitar, eləcə
də beynəlxalq və regional təşkilatlar və formatlar çərçivəsində
əməkdaşlıq və
digər məsələlər
müzakirə olunub, ikitərəfli müqavilə-hüquq
bazası və baxılmaqda olan layihələr nəzərdən
keçirilib.
Həmin gün
nazir müavini Samir Şərifov ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında da görüş keçirilib.
Görüş zamanı
beynəlxalq və regional təhlükəsizlik
məsələləri, eləcə
də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri
ətrafında fikir mübadiləsi aparılıb.
S.Şərifov ilə
Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər
dənizi məsələləri
üzrə danışıqlarda
Rusiya nümayəndə
heyətinin rəhbəri
Mixail Petrakov arasında keçirilmiş
görüşdə isə
Xəzər məsələləri
üzrə əməkdaşlığın
hazırkı vəziyyəti
və inkişaf dinamikası müzakirə
olunub.
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.7.