Forumda media sahəsində çox aktual məsələlər müzakirə edildi

 

 

Qarabağın azadlıq simvoluna çevrilmiş Şuşa şəhəri İkici Qarabağ müharibəsindən qısa müddət sonra həyata keçirilməyə başlanılan sürətli tikinti-bərpa, quruculuq işləri nəticəsində öz tarixi görkəminə qayıdır. Bərpa olunan bu əsrarəngiz şəhər yalnız tarixini yaşadan tikililəri, abidələri, muzeyləri, məscidləri ilə deyil, həm işğaldan əvvəl olduğu kimi, bir sıra maraqlı əhəmiyyətli tədbirlərə layiqincə evsahibliyi etməsi ilə diqqət mərkəzindədir. İkinci Qarabağ müharibəsindən sonra ənənəvi tədbirlər bərpa edilib yenidən düzənlənir. Şuşa eyni zamanda yeni forumların məkanı olur. Qlobal Media Forumu bunlardan biridir.

 

 

 

Ənənəyə çevrilən tədbir

 

 

 

Bu mühüm tədbir ötən ildən keçirilməyə başlandı. Belə ki, 2023-cü ilin 21-23 iyul tarixlərində I Şuşa Qlobal Media Forumu düzənləndi. Müstəqil Azərbaycanın tarixində ilk dəfə Şuşa şəhəri dünyanın aparıcı media və jurnalist təşkilatları rəhbərlərini, media və informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri həmin qlobal səviyyəli forumda bir araya gətirdi. Mövzusu "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" olan forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak etdi.

 

Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri I Şuşa Qlobal Media Forumu çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələləri, həmçinin rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə etdilər. Panel sessiyalarda  dövrün yeni inkişaf mərhələsi olan "Sənaye 4.0"ın media ilə əlaqəli gündəmə gətirdiyi bir çox yeni anlayışlar və müasir media üçün ehtiva etdiyi çağırışlar ətrafında təcrübə mübadiləsi aparıldı. Çoxsaylı əməkdaşlıq müqavilələri imzalandı. Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüldü.

 

Bu il dünyanın tanınmış nüfuzlu informasiya agentliklərinin, media qurumlarının nümayəndələri ikinci dəfə Şuşada bir araya gəldilər. "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda düzənlənən II Şuşa Qlobal Media Forumunda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın 82 media qurumunun nümayəndələri iştirak etdi.

 

İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda düzənlənən II Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu tədbirin artıq ənənəyə çevrildiyini vurğuladı, görülən əhəmiyyətli işləri qeyd etdi: "Mən xatırlayıram ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu o vaxt mən arzumu bildirdim ki, bu forum bir ənənəyə çevrilsin gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir. Deyərdim ki, mən ötən forumdan bəri regionda ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir".

 

Qeyd edək ki, dezinformasiyalar son illər dünyanın ən aktual problemlərindən birinə çevrilib. İyulun 23-dək davam edən II Şuşa Qlobal Media Forumunda da bu baxımdan olduqca mühüm, əhəmiyyətli məsələlər müzakirəyə çıxarıldı. "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev təəssüflə bildirdi ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. "Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan Azərbaycan arasındakı münaqişə idi bütün erməni diasporunun səfərbər olması idi", - deyə dövlətimizin başçısı bildirdi.

 

Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ərazilərinin iyirmi faizinin Ermənistan tərəfindən zəbt olunduğu otuz ilə yaxın işğal altında saxlandığı illərdə, İkinci Qarabağ müharibəsi dövründə , xüsusilə ermənipərəst Qərb ölkələrinin bir sıra KİV-lərində dəqiq olmayan faktlar, yanlış məlumatlar əsasında ölkəmizə qarşı çox sayda dezinformasiyaya yer verilirdi. Bu da məlum idi ki, həmin dezinformasiya məqsədli şəkildə yayılırdı. Məqsədləri Azərbaycanın haqlı mübarizəsi barədə yanlış təsəvvür yaratmaq, ölkəmizin dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərmək idi.

 

 

 

Doğru məlumatları dünyaya çatdırmağın ən səmərəli üsulu

 

 

 

Prezident İlham Əliyevin vurğuladığı kimi, ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər: "Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik ona görə bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir".

 

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, biz etnik təmizləmənin, işğalın qurbanı olmuşuq: "Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq". Humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkənin sanksiyalara məruz qalmasının absurd bir vəziyyət olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, o zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər çıxış imkanımız yox idi: "Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyirlər. Ona görə bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə edə bilər? Sizin kimi şəxsləri Bakıya bölgələrimizə dəvət etmək bizim işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur".

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 25 iyul (№ 155).- S.8.