2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

QƏRAR ¹ 23/109

 

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şəfaqətov Rüstəm Şahvələd oğlu 2024-cü il iyulun 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 89 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının qanunsuz hərəkətini, həmçinin namizəd kimi qeydə alınmasından imtinaya dair 22 iyul 2024-cü il tarixli 18/40 saylı qərarını mübahisələndirərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd R.Ş.Şəfaqətov müraciətində bildirmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin seçki dairəsinin ərazisində seçici imzaları toplanaraq imza vərəqələri ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim olunmuş, sonradan namizədliyinin geri götürülməsi barədə yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət etmişdir. Namizədliyinin geri götürülməsi ilə bağlı müraciətinə baxmayaraq, dairə seçki komissiyası R.Ş.Şəfaqətovun təqdim etdiyi imza vərəqələrini yoxlamış, onu namizəd kimi qeydə almaqdan imtina etmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı, seçki sənədləri digər materiallar araşdırılarkən müəyyən edilmişdir ki, namizəd R.Ş.Şəfaqətov 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, dairə seçki komissiyasının 7 iyul 2024-cü il tarixli 11/24 saylı Qərarı ilə namizədliyi təsdiq edilmiş, namizədin müdafiəsi məqsədilə seçici imzaları toplamaq üçün ona 10 (on) ədəd imza vərəqəsi verilmiş, 19 iyul 2024-cü il tarixdə namizəd seçici imzaları olan imza vərəqələrini ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına qaytarmışdır. R.Ş.Şəfaqətov 22 iyul 2024-cü il tarixdə namizədliyinin geri götürülməsi barədə dairə seçki komissiyasına yazılı ərizə təqdim etmişdir.

Dairə seçki komissiyası R.Ş.Şəfaqətovun namizədliyinin geri götürülməsi barədə yazılı ərizəsinin olmasına baxmayaraq, onun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 22 iyul 2024-cü il tarixdə qərar qəbul etmişdir.

Seçki Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, irəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.

Beləliklə, R.Ş.Şəfaqətovun 23 iyul 2024-cü il tarixli 02 saylı müraciəti əsaslı olduğundan təmin edilməli, onun həmin seçki dairəsi üzrə namizədliyi yazılı ərizəsinə əsasən geri götürülmiş hesab edilməli dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 18/40 saylı qərarı ləğv edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 73-1-ci, 112-ci,  112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şəfaqətov Rüstəm Şahvələd oğlunun 23 iyul 2024-cü il tarixli 02 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, onun həmin seçki dairəsi üzrə namizədliyi yazılı ərizəsinə əsasən geri götürülmiş hesab edilsin dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 18/40 saylı qərarı ləğv edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

24.07.2024

Azərbaycan.-2024.- 25 iyul (¹ 155).- S.9.