2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Mərkəzi
Seçki Komissiyasına
daxil olmuş 23 iyul 2024-cü il tarixli 03 saylı müraciətə baxılması
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
QƏRAR ¹ 23/108
2024-cü il sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Ucar
rayonu Şahlıq kənd sakinləri Mirzəliyev Mehdiqulu Nuru oğlu, Şərifova Şəlalə
Oruc qızı, Ramal kənd sakini Məmmədov Xeyrəddin Sədri oğlu, Qaradağlı kənd sakinləri Qurbanova Nərgiz İslam qızı, Əliyeva Surə Mirbağı qızı və digərləri ayrı-ayrılıqda Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı
müraciət edərək
94 saylı Ucar seçki dairəsi üzrə deputatlığa
namizədliyi qeydə
alınmış Məmmədov
Elton Arzuman oğlu tərəfindən
namizədliyin qeydə
alınması üçün
dairə seçki komissiyasına təqdim etdiyi sənədlərdə
əmlak və gəlirlərini gizlətdiyini,
həmçinin imza vərəqələrində onların
adından atılmış
imzaların onlara aid olmadığını
mübahisələndirərək onun namizədliyinin ləğv edilməsi barədə müvafiq tədbirlər görülməsini
xahiş etmişlər.
Şikayət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi
və onlara baxılması qaydaları
haqqında Təlimat"a
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən
ekspert qrupunun üzvü tərəfindən
icraata qəbul edilmiş, araşdırılaraq
bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə
əlaqədar şikayətçilərlə
əlaqə saxlanılmış,
onların araşdırmada
və komissiyanın iclasında iştirak etmək hüquqları izah edilmişdir.
Namizəd E.A.Məmmədovun
namizədliyinin qeydə
alınması üçün
təqdim olunmuş imza vərəqələri
və digər seçki sənədləri
Mərkəzi Seçki
Komissiyasının nəzdində
fəaliyyət göstərən
İşçi qrupu
tərəfindən araşdırılmışdır.
Araşdırma ilə
müəyyən edilmişdir
ki, E.A.Məmmədov mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaklar barədə məlumatları gizlətməklə
94 saylı Ucar seçki dairəsinin dairə seçki komissiyasına düzgün
məlumat verməmişdir.
Belə ki, İşçi qrupu tərəfindən verilmiş
23 iyul 2024-cü il tarixli rəydən müəyyən edilir ki, E.A.Məmmədov ona məxsus və daşınmaz əmlakın dövlət
reyestrində mülkiyyət
hüququ əsasında
qeydə alınmış
qeyri-yaşayış sahəsi,
mənzil, torpaq sahəsi və fərdi yaşayış
evlərinin bir qismi barədə qeyri-düzgün məlumatlar
təqdim etmiş, digərləri, o cümlədən
105 ha torpaq sahəsi, ümumi sahəsi 679.1 kv.m olan üç qeyri-yaşayış sahəsi,
ümumi sahəsi
797.2 kv.m olan üç fərdi yaşayış evi barədə məlumatları
isə təqdim etməmişdir.
Əlavə olaraq,
İşçi qrupu
tərəfindən namizədin
müdafiəsi üçün
toplanmış imza vərəqələrində olan
imzaların düzgünlüyünün
yoxlanılması nəticəsində
müəyyən edilmişdir
ki, təqdim edilmiş 10 ədəd imza vərəqəsində
olan 500 ədəd seçici imzasından 160
ədəd seçici
imzası yoxlanılmış
və onlardan 85-i qeyri-düzgün olduğundan
etibarsız hesab olunmuşdur. Ona görə də qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət
etmədiyindən imzaların
yoxlanılması dayandırılmışdır.
Seçki Məcəlləsinin
60.2.3-cü maddəsinə görə, namizəd həmin Məcəllənin
58-ci maddəsinə uyğun
olaraq məlumatları
düzgün təqdim
etmədikdə onun namizəd kimi qeydə alınmasından
imtina edilir.
Seçki Məcəlləsinin
147.1-ci maddəsinə əsasən,
namizədin müdafiəsi
üçün onun irəli sürüldüyü
seçki dairəsinin
ərazisində seçicilərin
azı 450 imzası toplanmalıdır.
Göstərilənlərə əsasən 23 iyul
2024-cü il tarixli 03 saylı müraciət əsaslı olduğundan təmin edilməli, 94 saylı Ucar seçki dairəsi dairə seçki komissiyasının 19 iyul
2024-cü il tarixli
09/30 saylı Qərarı
ləğv edilməli,
deputatlığa qeydə
alınmış namizəd
E.A.Məmmədova verilmiş
01 nömrəli vəsiqə
etibarsız hesab edilməlidir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 25.2.1-ci,
25.2.22-ci, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və
"Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi
və onlara baxılması qaydaları
haqqında Təlimat"ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
Ucar rayonu Şahlıq kənd sakinləri Mirzəliyev Mehdiqulu Nuru oğlu, Şərifova Şəlalə Oruc qızı, Ramal kənd sakini Məmmədov Xeyrəddin
Sədri oğlu, Qaradağlı kənd sakinləri Qurbanova Nərgiz İslam qızı, Əliyeva Surə Mirbağı qızı və digərlərinin 23 iyul
2024-cü il tarixli 03 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, 94 saylı Ucar seçki dairəsi dairə seçki komissiyasının 19 iyul
2024-cü il tarixli 09/30
saylı qərarı
ləğv edilsin, deputatlığa qeydə alınmış namizəd
E.A.Məmmədova verilmiş 01 nömrəli
vəsiqə etibarsız
hesab edilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl
Rəhimov
24.07.2024
Azərbaycan.-2024.-
25 iyul (¹ 155).- S.9.