Qərb
Ermənistanı revanşa
hazırlayır
Regionda yeni münaqişənin alovlanması bəzi dairələrin maraqlarına
cavab verir
"Avropa Sülh
Fondunun Ermənistana
10 milyon avro həcmində hərbi təyinatlı yardım ayırması Hayastanın
baş naziri, Avropa Komissiyasının prezidenti və ABŞ dövlət katibinin aprelin 5-də Brüsseldə
keçirdikləri görüşün
nəticələrinə uyğun
həyata keçirilir.
Bu, bir daha
sübut edir ki, Qərb Ermənistana
təhlükəsizlik təminatları
verir".
Milli Məclisin
deputatı Elşad Mirbəşiroğlu "Azərbaycan"
qəzetinə açıqlamasında
deyib ki, bu il aprelin
5-də keçirilmiş görüşün
əsas mahiyyəti də Ermənistana əlavə təhlükəsizlik
təminatı verilməsi
idi. Azərbaycan tərəfinin sərt reaksiyasından sonra görüşün məqsədi
fərqli izah olunmağa başlanıldı.
Guya Ermənistana sosial-iqtisadi inkişaf üçün dəstək
veriləcək. Görüşün
əsas məqsədi
isə Ermənistan və Avropa arasında hərbi sahədə əməkdaşlığın
daha da genişləndirilməsi,
nəticədə Qərbin
Cənubi Qafqazda siyasi, hərbi mövcudluğunu təmin
etməsi üçün
Ermənistandan istifadə
etmək idi. "Qarabağ münaqişəsinin
mövcudluğu dövründə
Qərbin regiona müdaxilə imkanları
kifayət qədər
geniş və real idi. Lakin
Azərbaycan torpaqlarını
işğaldan azad etdikdən sonra kənar dairələrin regionda təhlükəli
planlarını həyata
keçirmək məqsədlərini
məhdudlaşdırdı. Məhz bu səbəbdən
ölkəmizin üzərinə
əsassız siyasi hücumlar təşkil olunmağa, qərəzli müzakirələr həyata
keçirilməyə, qətnamələr
qəbul edilməyə
və ya buna cəhdlər göstərilməyə başlanıldı.
Aydın görünür
ki, regionda münaqişənin qalması
Qərbin bəlli dairələrinin maraqlarına
cavab verir. Münaqişə amili onlara imkan verirdi
ki, Cənubi Qafqazda geosiyasi ambisiyalarını həyata
keçirsinlər, mövcudluqlarını
saxlasınlar", - deyə
deputat əlavə edib.
E.Mirbəşiroğlu qeyd edib ki,
regionda tam başqa geosiyasi vəziyyət yarandıqdan
sonra Qərb bununla barışmaq istəmir, mövcud durumu dəyişməyə
çalışır və
bunu da Ermənistan
vasitəsilə etmək
niyyətindədir. Məsələn,
ABŞ-nin Ermənistan
ərazisində birgə
keçirdiyi hərbi
təlimlər zamanı
Kəlbəcər istiqamətində
Azərbaycan mövqelərinin
atəşə tutulması
Qərbin regionda yenidən münaqişə
ocağı yaratmağa
çalışdığını nümayiş etdirir.
Deputat vurğulayıb
ki, medianın əldə etdiyi məlumatlara istinadən Ermənistanın mövqelərimizi
atəşə tutmasında
Qərb hərbi təlimatçılarının da iştirak etdiyi bildirilir: "Bu, göstərir ki, Qərbin təlimatları və nəzarəti altında Ermənistan yenidən hərbi təxribatlara əl atır. Fransanın Ermənistana hücum xarakterli silahlar verməsi o təsəvvürləri möhkəmləndirir
ki, onu Azərbaycana
qarşı yenidən
revanşa hazırlayırlar".
Elşad Mirbəşiroğlu
sonda qeyd edib ki, Ermənistan
bunun müqabilində
Qərbə öz ərazisini plasdarm olaraq təqdim edir. Bu da
Cənubi Qafqaz regionu üçün ciddi təhdidlər yaradır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.10.