"COP29-a evsahibliyi Azərbaycanın xoş niyyətinin ifadəsidir"

 

 

"Bakının COP29-a evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu gün dünyada gedən siyasi proseslərdə ən mühüm amillərdən biri ölkələrin hərbi iqtisadi qüdrətidir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasət nəticəsində ölkəmiz hər iki istiqamətdə inkişafın pik nöqtəsindədir". Bunu AZƏRTAC-a açıqlamasında ictimai xadim, Azərbaycan-Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov deyib.

O qeyd edib ki, Azərbaycan inkişaf etmiş demokratiyaya malik sabit dövlətdir. Bu da COP29 üçün əlverişli şərait yaradır. COP29 iqlim fəaliyyətini sürətləndirmək Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab olunur. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir: "İnkişaf etməkdə olan ölkələr artıq iqlim dəyişikliyinin qaçılmaz təsirləri ilə üzləşir bu təsirləri azaltmaq üçün maliyyə digər dəstəyə ehtiyac duyurlar. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçə qlobal karbon qazı emissiyalarını azalda bilməz. COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək iqlim böhranını həll etmək üçün konkret addımlar atmaqda bir fürsətdir".

Azərbaycan Prezidenti deyib: "Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi baxımından o BMT Baş Assambleyasından heç geri qalmır". Onu da qeyd edək ki, Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir ölkəyə 5000 idmançı onları müşayiət edən 3000-ə yaxın qonaq gələn Avropa Oyunları olub. COP29-da da on minlərlə insan xarici ölkələrdən gələcək. Bu da tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisidir".

O daha sonra deyib ki, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışları dəstəkləyən onlara töhfə verən dövlətdir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını təsdiq etmişdir. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli qərarı ilə Kioto Protokoluna qoşulmuşdur. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Paris Sazişini imzalamışdır. Azərbaycan COP tədbirlərində fəal iştirak edir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP28 Tərəflərin Konfransının 28-ci sessiyası çərçivəsində təşkil olunan Ümumdünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində iştirak edib. COP28 çərçivəsində keçirilən tədbirlərdə ölkəmizin aidiyyəti qurumlarının, o cümlədən Energetika, Ekologiya Təbii Sərvətlər nazirliklərinin, SOCAR-ın rəhbərləri iştirak etmiş, mühüm görüşlər keçirmiş, müzakirələr aparmışlar.

COP29-a evsahibliyi etmək istəyi Azərbaycanın xoş niyyətinin növbəti ifadəsidir. Beynəlxalq aləm COP29-un Azərbaycanda keçirilməsini alqışlayıb. Azərbaycan mühüm qlobal konfransa evsahibliyi etməklə beynəlxalq nüfuzunu ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir, bununla da dünya miqyasında fəal nüfuzlu oyunçu kimi rolunu gücləndirir.

Siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunun daha da inkişafına, yerinin möhkəmlənməsinə səbəb olacaq. Çünki Azərbaycanda, ümumilikdə Cənubi Qafqaz regionunda yaşıllıq zonasının yaradılması vacibdir.

"Onu da vurğulayım ki, 2024-cü ildə dünyanın ən böyük ən mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a evsahibliyi üçün ölkəmizin seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimizdən Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda son vaxtlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Ümumilikdə, siyasi, iqtisadi, sosial, texnoloji, ekoloji hüquqi amillər COP29-un Bakıda keçirilməsinə müsbət təsir göstərir", - deyə Acalov bildirib.

 

Azərbaycan.-2024.- 25 iyul (№ 155).- S.11.