Səfir:
"Qazaxıstan COP29-da fəal
iştirak edəcək"
Qazaxıstan BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasında
(COP29) fəal iştirak
edəcək. "Report" xəbər verir ki, bunu Qazaxıstanın
Azərbaycandakı səfiri
Alim Bayel səfirlikdə təşkil
olunan Azərbaycan-Qazaxıstan
turizm forumunda deyib.
Onun sözlərinə
görə, Qazaxıstan
və Azərbaycan strateji tərəfdaşdır
və buna dövlət başçıları
arasında sıx siyasi dialoq kömək
edir.
"2023-cü ilin statistik
məlumatlarına görə,
ötən il Mərkəzi Asiyadan Azərbaycana səfər etmiş hər ikinci turist Qazaxıstandan
gəlib. Keçən
il Azərbaycana 58 min qazaxıstanlı turist gəlib. 2024-cü ilin yanvar-iyun ayları ərzində bu rəqəm 38 mindən çox olub. Ümumiyyətlə,
Azərbaycana turist axınının artım
dinamikasına görə
Qazaxıstan Çin və Hindistandan sonra üçüncü
yerdədir", - səfir
bildirib.
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.11.