“29 İqlim Söhbəti: COP29-a gedən yolsilsiləsi çərçivəsində BƏT- birgə seminar keçirilir

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əmək Təşkilatı (BƏT) “29 İqlim Söhbəti: COP29-a gedən yolsilsiləsi çərçivəsindəAzərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqimövzusunda birgə seminar keçirir.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək tədbirdə hökumət rəsmiləri, beynəlxalq qurumların, sahibkarlar həmkarlar təşkilatlarının nümayəndələri, yerli beynəlxalq ekspertlər iştirak edirlər.

Seminarın açılışında əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin mənfi təsirlərini, ətraf mühitin dayanıqlığına doğru proseslərdə gender prinsiplərinə həssas ədalətli yanaşmanın, inklüzivliyin vacibliyini önə çəkib.

Bu ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, beynəlxalq ictimaiyyətin iqlim dəyişmələri ilə mübarizədə irəliləyişlərə səfərbər edilməsində COP29-un vacib rol oynayacağı bildirilib. COP29-a hazırlıq prosesində ölkələrə dəstək olmaq üçün BƏT-in bilik təcrübə mübadiləsi vasitəsilə genderə həssas ədalətli keçidin təşviqinə yönələn layihənin əhəmiyyəti diqqətə çatdırılıb.

BƏT- birgə təşkil olunan seminarın sahibkarlar həmkarlar ittifaqı təşkilatları, digər maraqlı tərəflərin COP29-a töhfə vermək üçün birgə səylərinin güclənməsinə, nüfuzlu qlobal tədbirə hazırlıq təcrübələrin paylaşılması üçün sosial dialoqun təşviqinə digər mühüm hədəflərə xidmət etdiyi vurğulanıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı, BƏT-in Şərqi Avropa Mərkəzi Asiya üzrə Regional Ofisinin müəssisələrin İnkişafı yaşıl yerləri üzrə baş mütəxəssisi Kristina Martinez çıxış edərək seminarın mövzusunun vacibliyini, bu sahədə bilik təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Seminarın gündəliyinə COP29-a hazırlıq prosesində sosial tərəfdaşlarla birgə fəaliyyət, həmçinin əmək bazarı ilə bağlı birgə mövqe sənədinin hazırlanması, iqlim dəyişikliyi ilə əlaqədar görülən işlərdə gender bərabərliyi, inklüzivliyin təminatına xüsusi önəm verilməsi, ən yaxşı beynəlxalq təcrübələrin paylaşılması, bilik təcrübə mübadilələrinin həyata keçirilməsi s. ilə bağlı panel müzakirələrin aparılması daxildir.

 

Azərbaycan.-2024.- 25 iyul (¹ 155).- S.11.