"Yüksəliş" müsabiqəsinin qalibləri bacarıqlarını ortaya qoyurlar

 

 

Artıq dördüncü ildir ki, ölkəmizdə "Yüksəliş" müsabiqəsi keçirilir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il dekabrın 20-də müvafiq sərəncam imzalamışdı.

"Yüksəliş" müsabiqəsi ölkədə uğurla davam edən iqtisadi islahatların səmərəliliyini artırmaq yeni kadrların müəyyən edilməsinə istiqamətlənmiş uğurlu bir layihədir. Biliyinə, bacarıqlarına güvənən, uzaqgörən sistemli düşünə bilən şəxslər üçün təşkil olunmuş bu müsabiqədə iştirakçılar öz istedadlarını nümayiş etdirirlər. Müsabiqənin davam etdiyi günlərdə biliklər sınağa çəkilir, bacarıqlar ortalığa qoyulur. "Yüksəliş" müsabiqəsi Azərbaycan Gənclər İdman Nazirliyi tərəfindən maliyyələşdirilir. Müsabiqədə yer tutan fərqlənən iştirakçılar xüsusi mükafatla qiymətləndirilir. Adından da göründüyü kimi, "Yüksəliş" müsabiqəsi gənclərə yetkin şəxslərə karyeralarında yüksəlmək üçün olduqca əlverişli imkanlar yaradır.

Bu gün ölkəmizdə kifayət qədər istedadlı, bacarıqlı gənclərimiz var. Keçirilən müxtəlif layihələr müsabiqələr məhz belə gəncləri müəyyənləşdirmək dövlətimizin, dövlətçiliyimizin inkişafında onların bacarıq biliklərindən istifadə etməyə yönəlmişdir. "Yüksəliş" müsabiqəsi uğurlu layihələrdən biridir. Gənclərdən müsabiqə ilə bağlı yeganə tələb ondan ibarətdir ki, özlərinə güvənməli müsabiqədə iştirakdan çəkinməməlidirlər. "Yüksəliş" müsabiqəsinin qalibləri 20 000 manat pul mükafatı ilə mükafatlandırılırlar.

Başqa müsabiqələr kimi "Yüksəliş" müsabiqəsi bir neçə mərhələdən ibarətdir. İlk mərhələ onlayn formatda keçirilir.  Bu formatda iştirakçıların intellektual səviyyəsi dünyagörüşü yoxlanılır. İştirakçıların ölkəmiz haqqındakı bilikləri (coğrafi, tarixi, iqtisadi, hüquq s.) sınaqdan keçirilir. İkinci mərhələdə isə diqqət daha çox iştirakçıların məntiqi bilik bacarıqları, strateji düşünmə, verbal riyazi təhlil qabiliyyətlərinə yönəldilir. Hər iki mərhələni uğurla keçən iştirakçılar üçüncü mərhələyə - əyani imtahana dəvət olunurlar. Əyani formatda isə sosial intellekt, düşüncə sürəti məntiqi təfəkkür qabiliyyəti yoxlanılır. Bu formatın digər bir xüsusiyyəti "Yüksəliş" müsabiqəsinin əvvəlki mərhələlərində istifadə olunmuş suallara bənzər suallarla iştirakçının yenidən qiymətləndirilməsidir. Bu, tamamilə şəffaflığı təmin etməyə hesablanır. Növbəti mərhələlər yarımfinal final mərhələləridir. Bu mərhələlərdən sonra "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdirilir mükafatlandırılır.

Hər il olduğu kimi, bu il "Yüksəliş" müsabiqəsi çox yüksək səviyyədə təşkil olundu. "Bakı-Ekspo" Mərkəzində keçirilən 3 gün davam edən dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsi uğurla başa çatdı. Müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov mentorlar, müsabiqənin ötən illərdəki qalibləri, media nümayəndələri xarici ekspertlər finalın son gününü yerində izlədilər.

Tədbirdə çıxış edən gənclər idman nazirinin müavini, "Yüksəliş"in İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin kadr ehtiyatı bankı haqqında ətraflı məlumat verdi. O bildirdi ki, həm "Yüksəliş" iştirakçılarının, həm dövlətin gözləntilərini qarşılamaq üçün effektiv alət, həmçinin qurumların istedadlılara, istedadlıların isə yeni karyera imkanlarına əlçatanlığını təmin etmək üçün müsabiqənin beynəlxalq təcrübə əsasında yaradılmış sistemindən - kadr ehtiyatı bankından istifadə etmək olar.

Fərhad Hacıyev çıxışı zamanı onu da vurğuladı ki, burada əsas üstünlüklərdən biri istifadəçilərin profillərinin ölkənin aparıcı dövlət özəl qurumları tərəfindən izlənilə dəyərləndirilə bilməsidir. Bu isə öz növbəsində istifadəçilərə yeni fürsətlər qazandıra bilər.

Finalçılar Təşkilat Komitəsinin üzvləri mentorların müşahidəsi ilə "Mentor keysi" üzrə tapşırıqları yerinə yetiriblər. Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər. Hər mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə ediləcək.

Dördüncü "Yüksəliş" müsabiqəsinin qaliblərinin adları növbəti günləri ərzində açıqlanacaq.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 118 iştirakçı mübarizə aparıb. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib onların "İdarəçi rollar üzrə modeli" ekspertlər tərəfindən qiymətləndirilib.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

"Yüksəliş" müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı 20 min manat məbləğində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsinin qalibi olan gənclərimiz dövlətçiliyimizin inkişafına, onun daha da möhkəmlənməsinə böyük töhfələr verəcəklər.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 25 iyul (№ 155).- S.12.