İndi də Fransaya gələn əcnəbi jurnalistlər həbs edilir
Sabah Fransanın
paytaxtı Parisdə start götürəcək
XXXII Yay Olimpiya Oyunları başlayacaq. Oyunlar zamanı siyasi sabitliyi pozmaq üçün müəyyən hərəkətlər
hazırlamaqda şübhəli
bilinən şəxs
saxlanılıb.
Jurnalistlərin məlumatına
görə, Parisdə
40 yaşlı bir kişi Daxili Təhlükəsizlik Baş
İdarəsi tərəfindən
Olimpiya Oyunları zamanı ölkədə
guya sabitliyi pozmağa yönəlik hərəkətlər planlaşdırmaqda
şübhəli bilinib.
Onun mənzilində axtarış aparılıb.
Dünən saxlanılan
şəxs Fransada daxili gərginliyi qızışdırmaq üçün
xarici dövlətə
işləməkdə ittiham
olunub və qabaqlayıcı tədbir
olaraq həbs edilib. İstintaqı Paris
prokurorluğu həyata
keçirir.
İddia edilir ki, həmin şəxsdə Rusiyanın
maraqlarına uyğun
əməliyyatlar hazırladığına
dair "işarə"lər
görüblər...
Daxili işlər
naziri Jerald Darmanenin sözlərinə
görə, xarici dövlətin maraqlarına
müdaxilədə şübhələr
yaranan minə yaxın şəxs Olimpiadanın təşkilində
iştiraka buraxılmayıb.
Bu onu göstərir ki, Fransa Olimpiada ərəfəsində "casus
ovu"na başlayıb.
Ölkə hakimiyyəti
rəsmi olaraq bildirir ki, Rusiyadan
olan jurnalistləri xüsusi xidmət orqanlarının nümayəndələri
kimi gördükləri
üçün oyunlara
buraxmırlar.
Əlbəttə ki,
bu, ilk növbədə,
insan haqlarının pozulması faktıdır.
Jurnalistlərin Olimpiya
Oyunlarına buraxılmaması
heç bir çərçivəyə sığmayan
hərəkətdir.
Qeyd edək ki, bir müddət
əvvəl Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanen heç bir dəlil-sübut olmadan bəyan etmişdi ki, onlar jurnalistlər
adı altında Parisə gəlmək istəyən "casus"ları
yaxalayıblar. Əslində,
nazirin bu sözləri "əcinnə
ovu"nun elan olunduğunu bildirir: "Onlar yəqin ki, terror hücumlarında
iştirak etmirlər.
Lakin kəşfiyyat və ənənəvi casusluqdan əlavə, kiberhücum etmək üçün kompüter
şəbəkələrinə çıxış əldə
etmək mümkündür".
Ümumilikdə, Darmanenin
dediyinə görə,
yarış üçün
mümkün təhlükə
səbəbindən 4355 nəfər
Olimpiadaya buraxılmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi
Mariya Zaxarova Fransa hakimiyyətinin hərəkətləri ilə
bağlı son xəbərləri şərh
edib: "Jurnalistlərin
hüquqlarına hörmət
etmək və söz azadlığını
təmin etmək Makron və onun dəstəsi üçün boş ifadədir. Makron vədini yerinə yetirib Sena çayında
çimməyənə qədər
bu rejimdən həqiqətə, şərəfə
və qanuna hörmət gözləmək
olmaz".
Rusiya Jurnalistlər
Birliyinin rəhbəri
Vladimir Solovyov isə qeyd edib
ki, fransızlar özləri söz azadlığı və məlumat yayma prinsiplərini pozurlar:
"Təəssüf ki,
onlar özlərini inandırdıqlarına inanırlar
və yəqin ki, Parisdə mövcud olan bəzi problemləri gizlətməyə çalışırlar.
İndi təkcə bizim jurnalistlər deyil, başqa ölkələrin jurnalistləri
də Parisdəki siçovullardan, bitlərdən
və Olimpiya Oyunlarına çox zəif hazırlığın
müşahidə edildiyindən
yazırlar".
Xatırladaq ki,
Fransa XIV əsrin birinci yarısında
"əcinnə ovları"nın
başladığı ilk
ölkələrdən biri
idi. İndi isə Makron hökuməti keçmiş
təcrübədən müasir
formada yararlanmaq qərarına gəlib.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.-
25 iyul (№ 155).- S.16.