Zəfər
parkı qəhrəmanlıq
simvoludur
Tarix heç vaxt heç nəyi unutmur. Zaman-zaman baş vermiş hadisələri gələcək nəsillərə
çatdırmaq üçün
daim daş yaddaşında qoruyub saxlayır. Azərbaycan xalqının 44 günlük
Vətən müharibəsində
qazandığı qələbəni
də tarix heç vaxt unutmayacaq. Müstəqil Azərbaycanın hərb tarixinin şanlı səhifəsi kimi özündə əbədi
yaşadacaq.
2020-ci il sentyabrın
27-də erməni təxribatı
nəticəsində başlayan
və 44 gün davam edən müharibə Azərbaycanın
qələbəsi, Ermənistanın
kapitulyasiyası ilə
nəticələndi. Bu
möhtəşəm qələbənin
qazanılmasında Azərbaycan
əsgəri və zabiti əsrlər boyu böyük maraqla oxunacaq qəhrəmanlıq dastanları
yazdı. Hərbçilərimiz
torpaqlarımızın hər
qarışı uğrunda
cəsarətlə vuruşdular,
şirin canlarını
belə Vətən uğrunda qurban verməkdən çəkinmədilər.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən
uğurlu əməliyyatlar
nəticəsində Silahlı
Qüvvələrimiz 30 ilə
yaxın işğalda
qalmış ərazilərimizi
düşməndən azad
etdilər. Azərbaycan
Ordusunun əməliyyatlar
zamanı həyata keçirdiyi döyüş
taktikası bu gün də dünyanın bir çox aparıcı ölkələrinin hərbi
mütəxəssisləri tərəfindən diqqətlə
öyrənilir.
İllərdən bəri
həsrətini çəkdiyimiz,
4 ildir ki sevincini yaşadığımız
Zəfər qəhrəmanlıq
və hünər sayəsində əldə
olundu. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində
Ermənistan silahlı
qüvvələrini ağır
məğlubiyyətə uğradaraq
yenilməz gücünü,
qüdrətini bütün
dünyaya nümayiş
etdirdi. Bir daha təsdiq olundu ki, işğalçı,
təcavüzkar məhvə
məhkumdur. Düşmən
üzərində qazanılmış
bu möhtəşəm
qələbədə hər
bir əsgərin, hər bir zabitin
payı var.
İkinci Qarabağ
müharibəsində Azərbaycan
xalqına Zəfər
sevinci yaşadan qəhrəman zabit və əsgərlərimiz
də unudulmadı. Onlar dövlət tərəfindən layiqincə
mükafatlandırıldılar. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən
"Zəfər" və
"Qarabağ" ordenləri,
həmçinin 15 yeni
medal olmaqla - "Vətən
Müharibəsi Qəhrəmanı",
"Cəsur döyüşçü",
"Döyüşdə fərqlənməyə
görə", "Suqovuşanın
azad olunmasına görə", "Cəbrayılın
azad olunmasına görə", "Xocavəndin
azad olunmasına görə", "Füzulinin
azad olunmasına görə", "Zəngilanın
azad olunmasına görə", "Qubadlının
azad olunmasına görə", "Şuşanın
azad olunmasına görə", "Kəlbəcərin
azad olunmasına görə", "Ağdamın
azad olunmasına görə", "Laçının
azad olunmasına görə", "Vətən
müharibəsi iştirakçısı"
və "Vətən
müharibəsində arxa
cəbhədə xidmətlərə
görə" medalları
təsis olundu. Vətən müharibəsində
iştirak etmiş, aparılan döyüş
əməliyyatlarının uğurla başa çatmasına töhfə
vermiş hərbi qulluqçular, həmçinin
mülki işçilər
yeni təsis edilmiş orden və medallarla təltif edildilər.
Yaşanılmış tarix bir daha
göstərir ki, qəhrəmanlıq heç
vaxt unudulmur. 2020-ci ilin dekabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama
uyğun olaraq, Azərbaycan xalqının
Vətən müharibəsində
göstərdiyi misilsiz
qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi
Zəfərin yaddaşlarda
daim yaşadılması
və ictimaiyyətə
nümayiş etdirilməsi,
şəhidlərimizin əziz
xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Bakıda
Vətən Müharibəsi
Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması işləri aparılır.
Dövlət başçısının
sərəncamından dərhal
sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı
və sürətlə
tikinti işlərinə
başlanıldı.
Azərbaycan Prezidenti
İlham Əliyev iyulun 24-də Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub. "PMD Projects" şirkətinin
direktoru Nəriman Topçibaşev parkda görülən işlər
barədə dövlətimizin
başçısına məlumat
verib.
Xatırladaq ki,
2023-cü il sentyabrın
27-də Anım Günündə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və
birinci xanım burada görülən işlərlə yaxından
tanış olub, dəyərli məsləhət
və tövsiyələrini
veriblər.
8 Noyabr prospektində
inşa olunan Zəfər parkının
ərazisi doqquz hektardan çoxdur. Diqqətçəkən məqamlardan
biri də odur ki, parkın
girişində 44 tağ
elementindən istifadə
edilib. Bu tağlar Qələbəyə
aparan rəmzi yolun başlanğıcını
tərənnüm edir.
İnşası davam
edən tağların
hündürlüyü 44 metr,
eni isə 22 metrdir.
Parka keçid
hissədə 8 Noyabr
- Zəfər Gününü
əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü
və sarsılmaz birliyimizi təcəssüm
etdirəcək. Memorial
abidənin ətrafında
Qarabağ xalçalarındakı
naxış və bəzək elementlərini
əks etdirən yaşıllıq salınacaq.
Zəfər Muzeyinə
park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında
Azərbaycanın ərazi
bütövlüyü uğrunda
şəhid olan əsgər və zabitlərin adları yazılacaq.
Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə
daxil ola biləcəklər. Zəfər
parkında, həmçinin
tematik bağça, kaskad tipli şəlalə,
Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi
yaradılacaq. Parkın
sonunda Azadlıq Bayrağı Meydanının
inşası da nəzərdə tutulur. Yaddaş bağçası
parkın son hissəsində yaradılacaq.
Bu hissəyə enən cığır hündür haşiyəli
çiçək və
yaşıllıqlarla əhatə
olunacaq. Yaddaş bağçasının ətrafında
istirahət guşələri
yaradılacaq, oturacaqlar
qoyulacaq. Su hövzəsinin mərkəzində
isə Azərbaycan Bayrağı dalğalanacaq.
İstifadəyə veriləndən sonra qələbəmizin rəmzi
olan - Zəfər parkı xalqımızın
ən sevimli ziyarətgahına çevriləcək.
Zəfər parkı qəhrəmanları daim özündə yaşadacaq.
Eyni zamanda park qəhrəmanların,
cəsurların məskəninə
çevriləcək.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
26 iyul (№ 156).- S.9.