Həm
Azərbaycana, həm də BƏƏ-yə məmnunluq bəxş edən tərəfdaşlıq
Prezident İlham Əliyev: "Masdar" "yaşıl
enerji"yə keçid
sahəsində ən
öndə gedən şirkətdir"
Ölkəmiz dünyada
etibarlı tərəfdaş
imici qazanıb. Neft-qaz sahəsində də uzun müddətdir
tərəfdaşlıq etdiyimiz
onlarla şirkət var. İndi onların sayı "yaşıl enerji" layihələrindəki
birgə iş sayəsində daha da artır. Bərpaolunan enerji hədəflərimizi bir sıra dünyaşöhrətli
şirkətlərlə reallaşdırırıq
ki, bunlardan biri də "Masdar"dır.
Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) bu şirkəti ilə tərəfdaşlığın
tarixi qısa olsa da, görülən
işlər hər iki tərəfə yalnız məmnunluq gətirir. Belə ki, keçən il oktyabrın 26-da şirkətin
tikdiyi 230 MVt gücündə "Qaradağ"
Günəş-Elektrik Stansiyası
işə salındı.
Obyektin təməlqoyma
mərasimi isə
2022-ci il martın 15-də
Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi.
Prezident stansiyanın açılışında da
iştirak etdi.
"Qaradağ" Xəzər
regionunda və MDB məkanında ən böyük günəş-elektrik
stansiyasıdır. Stansiya
262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə
xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı
ilk günəş-elektrik
stansiyasıdır.
Stansiyada hər
il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.
Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq.
550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb.
Bu stansiyanın şəbəkəyə qoşulması
üçün 330 kilovoltluq
yarımstansiya tikilib.
Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.
Elə bu stansiyanın açılış
mərasimi çərçivəsində
dövlətimizin başçısının
iştirakı ilə
Azərbaycan Hökuməti
və "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə
üç investisiya müqaviləsi imzalandı.
İnvestisiya müqavilələri
Biləsuvar rayonunda
445 MVt gücündə,
Neftçala rayonunun Bankə qəsəbəsində
315 MVt gücündə
günəş-elektrik stansiyaları
və Abşeron-Qaradağ
rayonunda 240 MVt gücündə külək-elektrik
stansiyası layihələrinin
icrasını nəzərdə
tutur. İnvestisiya müqavilələri 2022-ci ilin
iyun ayında şirkətlə bərpaolunan
enerji mənbələri
üzrə 4 QVt gücündə "Meqa"
layihələrin qiymətləndirilməsi,
inkişafı və həyata keçirilməsi
ilə bağlı imzalanmış icra müqavilələrinin birinci
mərhələsini əhatə
edir.
Bu il iyunun 4-də isə Bakı Enerji Həftəsinin açılışı
günü, eyni
zamanda sözügedən stansiyaların
təməli qoyuldu. Bakı Ekspo Mərkəzində təməlqoymadan
əvvəlki çıxışında Prezident İlham Əliyev demişdir: "Bu gün həqiqətən
də əlamətdar
gündür. Bakı
Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan
enerji ilə bağlı artıq imzaladığımız müqavilələr
nəticəsində bu
gün təməlqoyma
mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi,
bu sadəcə, başlanğıcdır, çünki
potensialımız nəhəngdir.
Bizim tərəfdaşlarımız
qlobal səviyyədə
aparıcı şirkətlərdir
və dediyim ki, "Masdar" "yaşıl enerji"yə
keçid sahəsində
ən öndə gedən şirkətdir".
Dövlətimizin başçısı
digər bir vacib məqamı da vurğulamışdır:
"Hesab edirəm ki, BƏƏ-dən bir il sonra
Azərbaycanın COP29-a evsahibliyi
etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü
miras olduqca dəyərlidir. Birincisi, mən dostum nazir Sultan əl-Cabiri
təbrik etmək istəyirəm və salamlarımı qardaşım,
BƏƏ Prezidenti Şeyx
Məhəmməd bin
Zahid Əl-Nəhyana çatdırmağı xahiş
edirəm. Həmçinin
COP istiqamətində irəlilədiyimiz
bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına
və dəyərli tövsiyələrinə görə
təşəkkürümü bildirirəm".
Deyilənlərə yalnız onu əlavə edək ki, "Masdar"ı
BƏƏ hökuməti 2006-cı ildə yaradıb. O vaxtdan bəri şirkət zəngin təcrübə toplayıb,
günəş və
külək enerjisinin
inkişafına milyardlarla
dollardan çox sərmayə yönəldərək
onlarla layihənin iştirakçısı olub.
"Masdar" daim təmiz texnologiya innovasiyalarını artırmağa,
Yaxın Şərqdə,
eləcə də dünyada bərpaolunan enerji sektorunun inkişafina mühüm töhfələr verməyə
səy göstərir.
"Masdar" qlobal
"yaşıl hidrogen"
təşəbbüslərinə qoşularaq BP, "Siemens Enerqy",
"TotalEnergies", "Marubeni
Corporation", Əbu-Dabi Enerji
Departamenti və dünyada tanınmış
bir sıra digər şirkətlərlə
əməkdaşlıq edir.
Azərbaycan bu
şirkətin çalışdığı
40-dan çox ölkədən
biridir. Onun fəaliyyət göstərdiyi
ölkələr sırasında
BƏƏ ilə yanaşı,
Səudiyyə Ərəbistanı,
İordaniya, Misir, Mərakeş, Böyük
Britaniya, ABŞ, Avstraliya,
Serbiya, Hindistan, İndoneziya, Özbəkistan
və bir çox başqaları var. "Masdar"ın ölkəmizlə də əməkdaşlığının perspektivlərinin böyük
olduğu şəksizdir.
Flora
SADIQLI,
Azərbaycan.-2024.-
26 iyul (¹ 156).- S.7.