Türkiyəli ekspert: Zəngəzur dəhlizi ilk fürsətdə açılması vacib olan sülh marşrutudur

 

 

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə təşkilata üzv müşahidəçi ölkələrlə deyil, həm Türk dünyasının maraqlarının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən dövlətlərlə əməkdaşlığa çalışmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri TOBB-un Ankara İqtisadiyyat və Texnologiya Universitetinin dosenti Ali Oğuz Diriöz “Independent Türkçe” nəşrində dərc olunan “TDT əməkdaşlıq mexanizmlərini necə genişləndirə bilər?” sərlövhəli məqaləsində yazıb.

Ekspert nümunə kimi Türkiyə ilə digər TDT ölkələri arasında ticarət, logistika və nəqliyyat əlaqələrinin inkişafı kontekstində vacib olan Gürcüstanı göstərib. “TDT ölkələri ilə Gürcüstan, Tacikistan Monqolustan kimi dost dövlətlər arasında qarşılıqlı əlaqənin xüsusi mexanizmlərini yaratmaq yollarını tapmaq lazımdır”, -deyə Ali Oğuz Diriöz qeyd edib.

Onun fikrincə, Azərbaycanla uzunmüddətli sülh sazişi bağlanarsa, Türk Dövlətləri Təşkilatı Ermənistanla da dialoq apara bilər: “Zəngəzur dəhlizi sülh marşrutudur və ilk fürsətdə açılmalıdır. Bu marşrutun açılması Türkiyə ilə Türk dünyasının digər ölkələri arasında tədarük kanalları baxımından mühüm alternativ təşkil edəcək logistika xərclərini azaldacaq”.

O, Ermənistan Azərbaycan liderlərinin 2023-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakını xatırladıb. “Bu, regionda sülh əməkdaşlıq üçün mühüm fürsətdir onu əldən vermək olmaz. Digər TDT ölkələri Cənubi Qafqazda uzunmüddətli sülh üçün səyləri təşviq etməlidir. Regional əməkdaşlıqdan təkcə Türkiyə Azərbaycan deyil, Ermənistanın özü böyük fayda əldə edəcək. İrəvan artıq TDT ilə əməkdaşlığın gələcək faydalarını dərk etməlidir”, -deyə ekspert vurğulayıb.

Türkiyəli ekspertin sözlərinə görə, TDT-nin strateji məqsədi mühüm qlobal ticarət arteriyası olan Orta Dəhlizi inkişaf etdirmək onun təhlükəsizliyini təmin etməkdir. O əlavə edib: “TDT Şərq Qərb arasında münasibətləri sabitləşdirəcək mühüm dialoq platformasına çevrilə bilər”.

 

Azərbaycan.-2024.- 26 iyul (¹ 156).- S.1.