Baş
nazir Əli Əsədov Türkiyənin
Konstitusiya Məhkəməsinin
sədri ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov iyulun 25-də Türkiyə
Respublikası Konstitusiya
Məhkəməsinin sədri
Kadir Özkaya ilə görüşüb.
Nazirlər Kabinetindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycan
ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən
siyasi, ticarət-iqtisadi,
investisiya, enerji, nəqliyyat-tranzit və digər istiqamətlərdə
mövcud əlaqələrin
davamlı inkişafından
məmnunluq ifadə olunub. Eyni zamanda,
məhkəmə-hüquq sahəsində
uzunmüddətli səmərəli
tərəfdaşlıq təqdir
edilib.
Türk Dövlətləri
Təşkilatının beynəlxalq
nüfuzunun artırılmasında
və regional güc mərkəzinə
çevrilməsində Azərbaycan
və Türkiyə prezidentlərinin səylərinin
önəmi qeyd olunub.
İki ölkənin
Konstitusiya məhkəmələri
arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar,
xüsusilə də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları
Konfransı Təşkilatı
çərçivəsində həyata keçirilən
əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı
faydalı əməkdaşlığının
müxtəlif istiqamətlərdə,
o cümlədən məhkəmə-hüquq
sahəsində inkişaf
perspektivləri müzakirə
olunub.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev də görüşdə iştirak edib.
Azərbaycan.-2024.-
26 iyul (№ 156).- S.2.