Azərbaycan Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

 

Azərbaycan Serbiya arasında ticarət iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Serbiya liderlərinin siyasi iradəsi, səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Nazir Sahil Babayev iki ölkə arasında sosial, nəqliyyat, iqtisadiyyat digər sahələrdə sıx münasibətlərin olduğunu diqqətə çatdırıb. O, bu gün imzalanacaq protokolun növbəti tədbirlərin həyata keçirilməsinə rəvac olacağını qeyd edib.

Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç iki ölkə arasında münasibətlərin bütün sahələrdə olduğu kimi siyasi müstəvidə inkişaf etdiyini diqqətə çatdırıb. “Biz beynəlxalq siyasi arenada eyni dəyərləri bölüşürük. Serbiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qaçqın məcburi köçkünlərin torpaqlarına qayıdışını təbrik edirəm”, - deyə nazir əlavə edib.

İqtisadi ticari göstəricilərin çox yüksək səviyyədə inkişaf etdiyini deyən həmsədr Azərbaycan qazının Şərqi Qərbi Avropaya nəqlində Serbiyanın bir vasitəçi rolunu oynamaq istədiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Serbiya arasında vizasız rejim mövcuddur, lakin birbaşa uçuşlar həyata keçirilmir: “Biz bu məsələnin bu ilin sonuna qədər həll yolunu tapmalıyıq. Bu, həmçinin biznes əlaqələrinin inkişafına töhfə verə bilər”.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında fəal əməkdaşlıq olduğunu, xüsusilə ərazi bütövlüyü məsələsində Azərbaycan Serbiyanın bir-birini dəstəklədiyini bildirib. Serbiya Azərbaycanın iqtisadi-ticari münasibətlərə böyük önəm verdiyini vurğulayan nazir müavini turizm, təhsil digər sahələrdə əlaqələri inkişafının önəmini qeyd edib. O, viza rejiminin aradan qaldırılmasının önəmli məsələlərdən biri olduğunu deyib.

Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç ikitərəfli diplomatik münasibətlərin ənənəvi dostluq qarşılıqlı dəstəyə əsaslandığını söyləyib. İqtisadi, hərbi siyasi sahələrdə birgə təşəbbüslər həyata keçirildiyini bildirib.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi sahədə ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə artdığını bu əlaqələrin 5 dəfə böyüdüyünü qeyd edib. O, bir sıra Serbiya şirkətlərinin Azərbaycanda aktiv fəaliyyət göstərdiyini vurğulayıb Azərbaycanın yaşıl enerji 4-cü Sənaye İnqilabının mərkəzinə çevrilməsini əsas məqsəd olaraq göstərib. Nazir müavini işğaldan azad edilmiş ərazilərdə tikinti quruculuq işlərində Serbiya şirkətlərinin iştirakını arzuladığını söyləyib Serbiyadan olan həmkarlarını COP29-a dəvət edib.

Serbiya İqtisadiyyat Nazirliyinin dövlət katibi, xanım Andrea Horvat Kralj bildirib ki, Azərbaycan investorları üçün Serbiyadakı investisiya imkanları haqqında mesaj vermək əməkdaşlığın inkişafına böyük töhfə verə bilər. Serbiyada investisiya mühiti, gələcək layihələr potensial sahələr haqqında daha ətraflı məlumat vermək investorların marağını artırmaq üçün faydalı ola bilər. Həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar atılmalıdır.

Sonra Komissiyanın həmsədrləri iclasın yekunlarına dair Protokolu imzalayıblar. Sənəddə müxtəlif sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əhatə olunur.

İclasdan sonra keçirilən brifinqdə çıxışı zamanı əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaşıl enerji dəhlizinin Azərbaycan üçün önəmli məsələlərdən biri olduğunu bildirib. “Ölkəmizin yaşıl enerji potensialı 150 QVt-dan artıqdır. Məqsədimiz bu enerjinin Avropa bazarlarına çıxışını təmin etməkdir. Həmçinin qeyd etmək istəyirəm ki, qısa zamanda Azərbaycanın yaşıl enerjisinin Serbiyaya ixracı planlaşdırılır”, - deyə o, əlavə edib.

Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç diqqətə çatdırıb ki, qarşılıqlı münasibətlərin dərinləşməsində iki ölkənin prezidentlərinin böyük rolu var: “Birbaşa uçuşların təşkil olunması da vacib məsələdir, biznes imkanlarının inkişaf etdirilməsi əhəmiyyətlidir. İnanıram ki, çox sahədə əməkdaşlıq edə bilərik”.

 

Azərbaycan.-2024.- 26 iyul (¹ 156).- S.2.