Nazir Samir Şərifov iqlim maliyyəsi üzrə hədəfin qəbul olunması üçün G20 maliyyə nazirlərinə çağırış edib

 

Braziliyanın Rio-de-Janeyro şəhərində Böyük İyirmiyə (G20) üzv ölkələrin maliyyə nazirləri Mərkəzi Bank rəhbərlərinin toplantısı çərçivəsində iyulun 24-də “COP28-G20 Braziliya maliyyə istiqaməti: Dayanıqlı maliyyənin mümkün, əlçatan əlverişli edilməsiadlı tədbir keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, COP28 prezidentliyinin Braziliyanın Maliyyə Nazirliyinin dəvəti əsasında Azərbaycanı sözügedən iclasda maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qlobal iqlim dəyişikliyi üzrə davamlı maliyyə mənbələrinin təmin edilməsinin qiymətləndirilməsinə həsr olunan tədbirin açılış hissəsində çıxış edən nazir Samir Şərifov bildirib ki, artan iqlim böhranı ilə əlaqədar qlobal çağırışa cavab tədbirləri müvafiq həcmdə təxirə salınmadan maliyyə təminatının yaradılmasını tələb edir. Bu öz növbəsində, 2015-ci ildə qlobal iqlim sazişini (Paris Sazişi) imzalamış dünya ölkələrinin üzərinə götürdükləri karbon qazlarının emissiyasının azaldılması öhdəliklərinin inkişaf etməkdə olan ölkələrin payına düşən hissəsinin icrası üçün inkişaf etmiş ölkələr tərəfindən illik əsasda iqlim maliyyəsinin həmin ölkələrə ayrılmasını reallaşdıran maliyyə mexanizminin yaradılmasını zəruri etsə , xeyli müddət ötməsinə baxmayaraq onun ərsəyə gətirilməsi hələ gündəmdədir. Bu hal cari ildə Bakıda keçiriləcək COP konfransı zamanı Paris Sazişinin məqsədlərinə çatmaq üçün yeni iqlim maliyyə hədəfinin (Yeni Kollektiv Kəmiyyət Hədəfi) müəyyənləşdirilməsini Saziş tərəfləri arasında razılaşdırılmasını daha da aktuallaşdırır.

Nazir ədalətli iddialı yeni iqlim maliyyə hədəfini müəyyənləşdirmək, inkişaf etməkdə olan ölkələrin iqlim inkişafı gündəliyinin ehtiyaclarını qarşılamaq Paris Sazişinə etimadı bərpa etmək üçün Bakıda keçiriləcək COP29 tədbirinin münbit meydança olacağını vurğulayıb iqlim maliyyəsi üzrə hədəfi bu il qəbul etmək üçün Böyük İyirmiliyin müstəsna rola malik olduğunu qeyd edərək G20 dövlətlərinin maliyyə nazirlərini mövqelərinin razılaşdırması üçün əlavə səylər göstərməyə çağırıb.

 

Azərbaycan.-2024.- 26 iyul (№ 156).- S.2.