İnformasiya
diplomatiyasında ciddi
uğur
Şuşa Qlobal Forumu dezinformasiyaya
qarşı mübarizədə
mühüm platformaya
çevrilir
"Beynəlxalq aləmdə
saxta xəbərlərin
bilərəkdən və
ya bilməyərəkdən
geniş şəkildə
yayılması, eləcə
də belə məlumatların müxtəlif
ictimai proseslərə
mənfi təsiri son illərdə xüsusilə izlənməkdədir.
Dünyada baş verən geosiyasi proseslər fonunda "Yalan məlumatların ifşası: Dezinformasiyaya
qarşı mübarizə" mövzusunda
keçirilən
II Şuşa Qlobal
Media Forumu Azərbaycanın
informasiya diplomatiyası
istiqamətində ciddi
uğurudur".
Milli Məclisin
deputatı Kamran Bayramov qəzetimiznə açıqlamasnda bildirib
ki, dövlət başçısının Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində müəyyən
etdiyi düzgün strategiya öz effektini verir. II Şuşa Qlobal Media Forumunda 50-yə yaxın ölkədən 150-dən çox
xarici qonağın, o
cümlədən 30-a yaxın
ölkənin informasiya
agentliyi, 3 beynəlxalq
təşkilat və
82 media qurumunun iştirakı baş verən hadisələr barədə daha dolğun məlumatların
əldə edilməsinə
yol açdı. Forumda Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, absurd
bir vəziyyətdir ki, humanitar böhrana
məruz qalan, bir milyon qaçqını
olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan
bir ölkə sanksiyalara məruz qalıb. Azərbaycan uzun illər dezinformasiyadan əziyyət
çəkən, haqq
səsi eşidilməyən
tərəf kimi mübarizə aparmalı olduğundan bu gün oxşar situasiyalarda olan dövlətlərin yanında
yer alaraq onlara dost dəstəyi
göstərməyə davam
edir. Dövlətimiz kiçik ada dövlətləri ilə
əməkdaşlıq edərək,
bu ölkələrin
inkişafına dəstək
olmaq üçün
müxtəlif iqtisadi
və maliyyə yardımları göstərir.
"Prezident İlham
Əliyev forumdakı çıxışında dünyanın
ikili standartlara əsaslanan siyasətindən
bəhs edərək bildirdi ki, biz
bəzən açıq,
ictimai şəkildə,
bəzən də pərdəarxası mesajlarımızı
veririk ki, Azərbaycanın maraqları
Cənubi Qafqazda təmin edilməlidir:
"Kimsə bizim maraqlarımızı görməzdən
gəlməyə çalışsa,
əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar. Biz əlbəttə ki, ABŞ-də prezident seçkilərinin
nəticələrindən asılı olmayaraq, mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin
bir hissəsi prezident seçkisi ilə bağlıdır.
Onlar ermənilərin
səslərini qazanmaq
istəyirlər. Ona görə də, zənnimcə, məqsəd
məhz, elə bundan ibarət idi. Mən tamamilə
obyektiv olmağa çalışıram. Ümid
edirəm ki, seçkidən sonra
ABŞ-də və Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış
olsun. Yəni biz şou qurmuruq,
öyünmürük. Biz
bilirik potensialımız
nədən ibarətdir
və bunu bizimlə əməkdaşlıq
edən hər kəs bilir. Bu potensialdan xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq
üçün istifadə
edilməlidir və biz demonizasiya qurbanı olmamalıyıq".
K.Bayramov qeyd edib ki, Azərbaycanın
təşəbbüsü, Birləşmiş Ərəb
Əmirlikləri və
Braziliyanın dəstəyi
ilə "Troyka"nın
təsis edilməsi ideyası da günümüzün beynəlxalqsəviyyəli
ən mühüm mütərəqqi yeniliklərindəndir.
Bu platforma, iqtisadi-siyasi əməkdaşlığı
gücləndirmək üçün
bir vasitə kimi nəzərdə tutulur və Azərbaycanın beynəlxalq
təşkilatlarda fəal
iştirakının göstəricisidir.
Ölkəmizin xarici siyasəti çərçivəsində
ətraf mühitin qorunması və karbon tullantılarının
azaldılması da mühüm yer tutur. Böyük ölkələrə bu sahədə məsuliyyətlərini
yerinə yetirmək üçün çağırışlar
edir və qlobal miqyasda ekoloji problemlərin həllində fəal iştirak edir. Azərbaycanın bu sahədəki təşəbbüsləri
və səyləri beynəlxalq səviyyədə
yüksək dəyərləndirilir.
Qarabağ, Şərqi
Zəngəzur və Naxçıvanın coğrafi
baxımdan eyni region olaraq "yaşıl enerji" zonası elan edildiyini xatırladan deputat vurğulayıb ki, bu bölgələr
günəş-elektrik enerjisi
baxımından böyük
potensiala malikdir. "Yaşıl enerji" zonaları olaraq elan edilməsi, ərazilərin iqtisadi inkişafı və ətraf mühitin qorunması baxımından
mühüm əhəmiyyət
kəsb edir. Azərbaycanın bu sahədəki təşəbbüsləri,
ölkənin enerjidə
özünü təmin
etməsi və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçidinə
böyük töhfə
verəcək. Bütün
bu görülən tədbirlər COP29-a hazırlıq
kontekstində Azərbaycanın
bu sahədəki inkişafını və
xüsusi əhəmiyyət
kəsb edən planlarını bir daha göstərir. Bu gün əminliklə
qeyd edə bilərik ki, ölkəmiz bu mühüm qlobal konfransa evsahibliyi etməklə beynəlxalq
aləmdə nüfuzunu
daha da artıracaq,
ekoloji gündəliyə
sadiqliyini bir daha nümayiş etdirəcək.
K.Bayramov bildirib
ki, ölkəmizin xarici siyasəti, beynəlxalq arenada mövqeyinin gücləndirilməsi,
iqtisadi inkişafının
təmin edilməsi və regional təhlükəsizliyin qorunması
istiqamətində fəal
və çoxşaxəli
strategiyaya əsaslanır:
"Ölkəmiz enerji
resurslarının səmərəli
istifadəsi və qlobal bazarlara çıxışının təmin edilməsi ilə yanaşı, regional və beynəlxalq əməkdaşlığın
gücləndirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda
Azərbaycanın beynəlxalq
təşkilatlarda fəal
iştirakı və digər ölkələrlə
strateji tərəfdaşlıq
əlaqələri qurması
qlobal siyasətdə rolunu artırır. Azərbaycanın təşəbbüsləri
və həyata keçirdiyi layihələr,
onun beynəlxalq arenada nüfuzunun artmasına və dünya miqyasında tanınmasına səbəb
olur".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
26 iyul (№ 156).- S.4.