Qərbin məqsədi Ermənistanın çağırışına əsasən bölgəni hərbi nəzarətinə almaqdır

 

 

Beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Fransanın məqsədi  Ermənistanı kütləvi silahlandırmaqla iki ölkə arasında gərginliyi  artırmaq  bölgədə sülhə mane olmaqdır. Ehtimal ki, baş nazir Nikol Paşinyanın  "cəsarətli" davranışları  həm son zamanlar bu ölkənin  xaricdən  silah tədarükünü artırması ilə bağlıdır.

Fransadan Ermənistana yalnız silahlar deyil, bu silahların tətbiqi, xüsusilə Azərbaycanla sərhəd xəttində döyüş əməliyyatları  aparmaq üçün şəxsi heyətə təlimlər keçmək üçün hərbi təlimatçılar da göndərilir. Nəzərə alsaq ki, Ermənistan təkcə Fransadan deyil, Hindistanla da 600 milyon dollarlıq silahlar alınması istiqamətində müqavilə imzalayıb Ermənistanın indiki vəziyyətində  hücum silahlarına milyard dollarlarla vəsait xərcləməsini heç müdafiə məqsədi üçün hesablanmış addım hesab etmək olmaz.

İyulun 18-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron deyib: "Ermənistanın perspektivi sülhdür, Fransanın perspektivi sülhdür mən ümid edirəm ki, Azərbaycanın da perspektivi sülhdür". Məsələ burasındadır ki, sülhdən danışan Fransa prezidenti sülh danışıqlarını poza biləcək bütün vasitələrdən istifadə edir. Rəsmi Paris Ermənistanı yalnız  silahlandırmaqla kifayətlənməyib, nəzarətində saxladıqları  yedək təşkilatlar vasitəsi ilə İrəvana hərbi yardımlarını davam etdirir. Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan silahlı qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilir ki, yardımın məqsədi Ermənistan silahlı qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinintərəfindən yerləşdirilən missiya da daxil olmaqla, beynəlxalq hərbi missiya əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlılığını artırmaq silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyonölçülü bölmə üçün çadır şəhərciyini təmin edəcək. Avropa İttifaqının Xarici işlər təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) qeyd edib ki, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərin getdikcə daha vacib elementidir: "Avropa Sülh Fondunun bu paketi ölkənin dayanıqlılığına daha da töhfə verəcək. Xarici siyasət təhlükəsizlik siyasəti üzrə dialoqumuzu daha da genişləndirmək, həmçinin Ermənistanın Aİ-nin rəhbərlik etdiyi missiya əməliyyatlarda gələcək iştirakını nəzərdən keçirməkdə qarşılıqlı marağımız var".

Əlbəttə ki, burada Qərb öz maraqlarını təmin etmək məqsədi güdür. Birmənalı olaraq qeyd edə bilərik ki, bu gün Ermənistana göstərilən hərbi yardımlar regionda sülhə, sabitliyə təhlükə yaradır.

İstər Fransanın, istərsə   Şurasının Ermənistanı silahlandırması əslində  bu ölkəyə yaxşı heç vəd etmir. Azərbaycan dəfələrlə öz xəbərdarlığını edib ki, Ermənistanın silahlanmasını ölkəmiz təhlükəli həddə hesab edəcəksə, tədbir görmək məcburiyyətində qalacaq. Elə Fransanın da, bu ölkənin çətiri altında fəaliyyət göstərən Aİ-nin məqsədi budur ki, regionda yaranan sülh mühiti heçə ensin, öz təhlükəsizliyini qoruya bilməyən Ermənistanın çağrışına əsasən bölgəni hərbi nəzarətləri altına alsınlar.

Rəsmi Paris vəziyyəti ciddi şəkildə dəyişmək üçün son zamanlar maksimum dərəcədə səy göstərir. Hədəf Azərbaycanı Ermənistanla Qərb platforması çərçivəsində danışıqlara sövq etmək, sülh müqaviləsinin mətninə Avropanı razı salacaq şərtlərin daxil edilməsinə nail olmaqdır. Amma Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, "Azərbaycan müstəqil siyasət yürüdür Azərbaycanın iradəsinə heç bir qüvvə təsir edə bilməz"   deməsi  Qərbdə təşviş yaradır.

Zəngəzur dəhlizi ilə bağlı məsələlər geopolitik, tranzit loqistik imkanlar baxımından Qərb üçün xüsüsi əhəmiyyət kəsb edir. Hazırda qlobal güclər arasında dəhlizlərlə bağlı fərqli yanaşmalar region dövlətlərinin bəlli qlobal layihələrə cəlb olunmasını zəruri etdiyindən Cənubi Qafqaz bu qarşıdurmaların mərkəzində yer almış bölgələrdən biridir.

Fransanın Ermənistanın hava hücumundan müdafiə sistemlərini yeniləməsi, Ermənistanın hərbi arsenalının silah-sursatla təmin edib yenidən formalaşdırmaq istiqamətində atdığı addımlar deməyə əsas verir ki, rəsmi Paris regionda silahlı münaqişənin yenidən alovlanmasını qarşısına məqsəd qoyub. Avropadan gələn təlimatların Ermənistan tərəfindən sözsüz icra olunması Ermənistanın son davranışları hadisələrin arzuolunmaz istiqamətdə hərəkət edə biləcəyinin proqnozunu verir. Azərbaycan Prezidentinin iradəsi, dövlətimizin gücü qətiyyəti Cənubi Qafqaz regionunun münaqişə potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdırsa da, Ermənistanı silahlandıran Fransa regionu yenidən münaqişə ocağına çevirməyə cəhd  göstərir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 26 iyul (¹ 156).- S.5.