Filippinli səyyah: İşğaldan azad olunmuş ərazilərə səyahət etməklə Azərbaycan haqqında daha çox məlumat əldə edirik

 

 

“Philippine Global Explorers” dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan – “Most Traveled People” (MTP) səyahət klubunun üzvüyəm. Ölkənizə gəldiyim ilk andan etibarən yerli əhali, yeməklər, paytaxt Bakının memarlıq üslubu məndə dərin təəssürat oyatdı.

Bunu iyulun 25-də Qarabağa səfərə başlayan səyahətçilər heyətinin filippinli üzvü Camel Santos AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

İşğaldan azad olunmuş ərazilərə səyahət etməklə Azərbaycan haqqında daha çox məlumat əldə edirik. Buradakı vəziyyəti Azərbaycan hökumətinin səylə həyata keçirdiyi tədbirləri öz gözlərimizlə görmək tamamilə fərqli hisslərdir”, - deyə filippinli səyyah vurğulayıb.

 

Azərbaycan.-2024.- 26 iyul (¹ 156).- S.6.