Çarlz
Vili: Qarabağda sürətli yenidənqurma
və bərpa işləri Azərbaycanın
əzmini nümayiş
etdirir
MTP (Most Traveled
People) səyahət klubunun
təsisçisi olaraq
Qarabağa turlar təşkil edirik. Ən çox səyahət edən insanları artıq üç il ərzində
dördüncü dəfədir
Qarabağa gətiririk.
Biz Füzulidə, Ağdamda,
Şuşada, Şərqi
Zəngəzurda, o cümlədən
Laçında həyata
keçirilən yenidənqurma
işlərinin şahidi
olmuşuq. Hər dəfə yenilik, dəyişiklik görmək
insanı heyran edir. İnsanlar Qarabağa gəlməkdən
böyük zövq alırlar. Düşünürəm
ki, bu, gələcəkdə
turizmin inkişafı
üçün əhəmiyyətli
olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu iyulun 25-də Qarabağa səfərə başlayan
səyahətçilər heyətinin rəhbəri,
adı dünyanın
ən böyük səyyahları siyahısında
ilk onluqda yer alan Çarlz Vili jurnalistlərə açıqlamasında
deyib.
Üç il əvvəlki
səfərindən sonra
xeyli dəyişikliklərin
şahidi olduqlarını,
eləcə də
2-ci Şuşa Qlobal
Media Forumunda iştirak
etdiyini vurğulayan Çarlz Vili bildirib: “Üç il əvvəl
mən Şuşadakı
məscidi gördüyüm
zaman o dağılmaq üzrə
idi. Son üç il ərzində bu məscid bərpa edilib və bu gün biz onu ziyarət edə bilirik. Bu həftə Şuşada beynəlxalq forum keçirildi.
Beşulduzlu Şuşa
otelində media forumunda
iştirak etdik. Üç il əvvəl
burada heç bir gözəl otel yox idi.
Bütün bunların
canlı şahidi olmaq həqiqətən xoş təsir bağışlayır. Üç
il əvvəl xarabalıqların
olduğu ərazilərdə
əsl şəhər
salınıb”.
Səfərə Füzuli
Beynəlxalq Hava Limanından
başladıqlarını xatırladan amerikalı səyyah qeyd edib: “Füzuli şəhəri də üç il əvvəl
dağıntılar içində
idi. İndi Füzulidə
bütün şəhər
tamamilə yenidən qurulur. Biz səfərimizə
Füzuli Beynəlxalq
Hava Limanından başladıq.
Füzulidə, Zəngilanda,
Laçında hava limanları mövcuddur. Hər il yeni yollar salınır, daha çox minatəmizləmə
işləri həyata
keçirilir. Burada sürətli yenidənqurma
və bərpa işləri görülür
və bu, Azərbaycanın əzmini
nümayiş etdirir”.
Azərbaycan.-2024.-
26 iyul (№ 156).- S.6.