Səyyahlar
Şuşada
Dünya
miqyaslı dörd nəhəng səyyah klubundan biri olan “Most
Traveled People” (MTP) səyahət klubunun 35 nəfərlik heyəti
Qarabağa və Şərqi Zəngəzura səfəri
çərçivəsində Şuşa şəhəri
ilə tanış olub.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, əvvəlcə
Şuşa şəhər mərkəzi meydanına gələn
səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri
Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin
güllələnmiş heykəllərinə baxıblar.
Qonaqlara Şuşa şəhəri, onun işğal
dövründəki vəziyyəti və burada həyata
keçirilən yenidənqurma işləri barədə məlumat
verilib. Bildirilib ki, otuz illik işğal dövründə
Şuşa şəhərindəki tarixi binalar, məscidlər,
abidələr erməni vandalizminə məruz qalıb.
Şuşa işğaldan azad edildikdən sonra burada
genişmiqyaslı bərpa-quruculuq işlərinə start
verilib. İnfrastrukturun qurulması ilə yanaşı,
Şuşada şəhərin əsl tarixi simasının,
tarix və mədəniyyət abidələrinin bərpasına
başlanılıb.
Səyahətçilər
sonra Xurşidbanu Natəvanın evi, Xan qızı
bulağı olan ərazi və qala divarları, Yuxarı
Gövhər Ağa məscidi ilə tanış olublar.
Sonda
Cıdır düzünə gələn səyyahlar buradan
açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Qeyd edək
ki, adı dünyanın ən böyük səyyahları
siyahısında ilk onluqda yer alan Çarlz Vilinin (Charles Veley)
rəhbərlik etdiyi heyətin səfərinə 13 ölkədən
beynəlxalq səyahətçilər qatılıblar. Bu
ölkələr sırasında ABŞ, Böyük Britaniya,
Almaniya, İsveçrə, Norveç, İsveç,
Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri
də var.
Klubun budəfəki
səfəri üç gün davam edəcək. Heyətin
Qarabağa səfəri Füzulidən başlayıb. Bu
gün beynəlxalq səyahətçilər Xocavənddə,
Şuşada, Xankəndidə və Ağdamda olacaq. Sabah isə
onlar Şərqi Zəngəzura səfər edəcək. Səfərin
sonuncu günündə isə heyət Zəngilanda və Cəbrayılda
olacaq.
Bu, klubun
üzvlərinin işğaldan azad edilmiş ərazilərə
dördüncü səfəridir. MTP daha əvvəl
Qarabağa və Şərqi Zəngəzura üç dəfə
səfər edib. Vətən müharibəsindən ötən
dörd il ərzində isə 50-yə yaxın ölkədən
400-dək beynəlxalq səyahətçi böyük
qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə
səfər edib. Bugünkü səfər bu qəbildən
olan sayca 11-ci səfərdir.
Nəzərə
alsaq ki, beynəlxalq səyyahların sosial mediada
dünyanın ən müxtəlif bölgələrindən
xeyli sayda izləyici ordusu var, belə səfərlər azad
edilmiş ərazilərdəki böyük
dağıntılar və aparılan nəhəng quruculuq-bərpa
işləri ilə yerində tanış olmağa imkan
yaratmaqla, reallıqların dünyaya nümayişi
üçün müstəsna əhəmiyyət
daşıyır.
Azərbaycan.-2024.-
26 iyul (№ 156).- S.6.