Saymon
STIL: "Gənclərin səsi
çox eşidilərsə,
iqlim dəyişmələri
ilə mübarizə
fəaliyyəti də
bir o qədər sürətlənər"
"Gənclərin iqlim dəyişmələri
ilə mübarizənin
daha da fəallaşmasında
rolu böyükdür.
Mən iqlim böhranının qarşısının
alınması səlahiyyətinə
malik yeganə qlobal hökumətlərarası
bir prosesi təmsil edirəm. Bu gün gördüyümüz
işlər - bəzi
ləng və çox mürəkkəb
proseslər bütün
dünyanın üzləşdiyi
iqlim probleminin qarşısını almağa
xidmət edir".
AZƏRTAC xəbər verir ki, bunu
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
icraçı katibi Saymon Stil Qoşulmama
Hərəkatının Gənclər
Təşkilatının mənzil
qərargahında keçirilən
görüşdə deyib.
"Gənclərimizin enerjisi, yaradıcılığı,
ideyaları, prosesə
sadiqliyi məni daima heyran edir.
Mən açıq şəkildə bildirmişəm
ki, katibliyin mandatı çərçivəsində
gənclərin prosesə
fəal şəkildə
qoşulmasını dəstəkləmək
üçün lazım
olan hər bir şeyi edəcəyəm.
Çünki gənclərin
səsi də əhəmiyyətlidir. Səsləriniz
nə qədər çox eşidilərsə,
iqlim dəyişmələri
ilə mübarizə
fəaliyyəti də
bir o qədər sürətlənər", - deyə
o bildirib.
Dubayda keçirilən
COP28-in böyük gözləntilər
yaratdığını deyən
S.Stil 2030-cu ilə qədər həmin gözləntilərin müəyyən
hissəsinin həyata
keçirildiyini görmək
istədiklərini qeyd
edib. Bildirilib ki, Bakıda keçiriləcək COP29-da proses
irəliyə doğru
aparılmalıdır: "İqlim maliyyəsi
COP29-un əsas mövzusudur
və Azərbaycanın
sədrliyindən bunu
dəstəkləmək və
asanlaşdırmaq, 198 ölkənin
yeni maliyyə hədəfinin necə olması ilə bağlı razılığa
gəlməsi tələb
olunur. Həmçinin
bu il nəyin
işlənib hazırlanacağı
və gələn il Braziliyada nələrin təqdim ediləcəyi iqlim planlarının yeni mərhələsidir. Bütün
bu planlara milli səviyyədə müəyyən edilmiş
tədbirlər də
daxildir. Emissiyaları
2030-cu ilə qədər
iki dəfə, yəni 43 faiz, 2035-ci ilə qədər isə 60 faiz azaltmalıyıq. COP28, COP29 və
COP30 bir araya gələrək harada olduğumuzu müəyyənləşdirməyi,
istiqamətin düzəldilməsini
və bu iddialı, lakin zəruri hədəflərə
çatmağı tələb
edir. Tərəflərin
hər birinin, COP sədrliyinin və BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Katibliyi olaraq bizim də öz
məsuliyyətimiz mövcuddur".
Azərbaycan.-
2024.- 26 iyul (№ 156).- S.7.