ÜST Vahid Sağlamlıq dialoqu keçirir

 

 

Cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ölkə ofisi "Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq" adlı simpozium təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir Vahid Sağlamlıq yanaşmasını insan-heyvan-ətraf mühit interfeysində təhdidləri azaltmaq üçün davamlı strategiyaların işlənib hazırlanmasında onun mühüm rolunu anlamaq üçün yerli beynəlxalq tərəfdaşları bir araya gətirib.

Simpozium potensial təhlükələri azaldan, iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldıran bütün sektorlarda davamlılığı təşviq edən davamlı strategiyaların işlənib hazırlanması üçün hərtərəfli çərçivə sənədini təklif edib. Tədbirdə COP29 üçün nəzərdə tutulan müzakirələr məqsədlərə uyğun olaraq, iqlim dəyişikliyi ilə mübarizə üçün inteqrasiya olunmuş sağlamlıq ətraf mühit siyasətlərinə ehtiyac olması vurğulanıb.

Simpoziumda COP29 sədrliyi, müvafiq nazirliklər, universitetlər, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər BMT agentliklərinin qərar qəbul edən şəxsləri texniki ekspertləri iştirak ediblər.

İştirakçılar sektorlararası əməkdaşlığın təşviqi, yerli qlobal səviyyələrdə Vahid Sağlamlıq prinsiplərinin həyata keçirilməsi üçün effektiv strategiyaların işlənib hazırlanmasına yönəlmiş müzakirələrdə iştirak ediblər. Son onillikdə əhəmiyyətli dərəcədə rolu böyüyən Vahid Sağlamlıq yanaşması insan, heyvan ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini vurğulayır. Bu inteqrasiya olunmuş strategiya iqlim dəyişikliyi, zoonoz xəstəliklər ətraf mühitin deqradasiyası nəticəsində yaranan çoxşaxəli problemlərin həlli üçün vacibdir.

Vahid Sağlamlıq əvvəlki COP tədbirlərində əsas müzakirə mövzusu olub. COP27-də "Ətraf Mühitin Vahid Sağlamlığa inteqrasiya edilməsi" adlı paralel tədbir insanların heyvanların rifahının təmin edilməsində ətraf mühitin sağlamlığının mühüm rolunu vurğulayıb. Xüsusilə iqlim dəyişikliyi kontekstində ekoloji mülahizələrin Vahid Sağlamlıq fəaliyyətlərinə inteqrasiyası üçün strategiyalar müzakirə edilib. COP28 zamanı ətraf mühitin sağlamlığının Vahid Sağlamlıq yanaşmasına daxil edilməsinin vacibliyini vurğulayan Vahid Sağlamlıq Birgə Fəaliyyət Planı təqdim olunub. Bu plan, Vahid Sağlamlığın iqlim dəyişikliyinin çoxşaxəli təsirlərinin aradan qaldırılmasında mühüm roluna diqqət çəkərək beynəlxalq iqlim sağlamlıq siyasəti dialoqlarında onun əhəmiyyətini gücləndirib.

Tədbir müzakirələrlə davam etdirilir.

 

Azərbaycan .-2024.- 26 iyul (№ 156).- S.7.