24 siyasi
partiya, 449 namizəd
Parlament seçkilərində iştirak
etmək istəyənlərin
sayı gündən-günə
artır
Hər bir dövlət üçün
mühüm siyasi-ictimai
hadisələrdən biri
prezident və parlament seçkiləri hesab olunur. Seçkilərin
ən böyük özəlliyi isə onun demokratik, ədalətli və şəffaf keçirilməsi,
xalqın siyasi iradəsini ifadə etməsidir.
Bütün bunları
əsas gətirərək
deyə bilərik ki, sentyabrın 1-də ölkəmizdə mühüm
siyasi-ictimai hadisə yaşanacaq. Suverenliyimizin tam təminatından sonra ilk dəfə
olaraq bütün Azərbaycan ərazisində,
o cümlədən Qarabağ
və Şərqi Zəngəzurda parlament seçkiləri keçiriləcək.
Müstəqillik dövründə
ölkəmizdə 20 seçki
- 9 prezident, 6 parlament,
5 bələdiyyə seçkisi
keçirilib. Ayrı-ayrı
vaxtlarda parlamentə və bələdiyyələrə
əlavə və təkrar seçkilər də təyin olunub.
Hər bir seçki və referendum Azərbaycanın
demokratiya yolu ilə inkişafının,
cəmiyyətdə demokratik
dəyərlərin bərqərar
olmasının təcəssümü
kimi yadda qalıb. Bu seçkilər isə ölkəmizdə təşkil
olunan sayca 21-ci seçkidir.
Budəfəki parlament
seçkiləri Böyük
Zəfərdən sonra
ölkəmizin ictimai-siyasi
həyatında daha bir mühüm hadisədir. Bundan əvvəl Azərbaycan xalqı fevralın 7-də
keçirilən prezident
seçkilərində öz
layiqli namizədinə
səs verdi. Azərbaycan xalqı müstəqillik tarixində
ilk dəfə olaraq qalib xalqın
qalib vətəndaşı
kimi prezident seçkilərində iştirak
etdi. Xalq Zəfər Seçkiləri
adlandırılan bu seçkilərdə cənab
İlham Əliyevə
etimad mandatı verərək onu özünə lider seçdi. Ən mühüm məqam odur ki, neçə ildən sonra Ağdərədə, Kəlbəcərdə,
Laçında, Şuşada,
Ağdamda, Füzulidə,
Qubadlıda, Zəngilanda,
Cəbrayılda, Xocavənddə,
Xocalıda, Xankəndidə
- yəni Qarabağ və Şərqi Zəngəzurda Zəfər
seçkilərinin qüruru
yaşandı.
Əlbəttə ki,
suverenliyimizin tam təmin edilməsi kimi tarixi şəraitdə
ilk dəfə məhz parlament seçkiləri keçirməyimizin
özünün də
böyük rəmzi mənası var. Bu baxımdan, heç şübhəsiz
parlament seçkilərinin
keçiriləcəyi 1 sentyabr
təqvimi şanlı
salnaməmizə tarixi
gün kimi yazılacaq. Çünki
Azərbaycan xalqı müstəqillik həyatında
ilk dəfə olaraq bu seçkilərə
- ərazi bütövlüyümüzün
tam bərpası fonunda gedəcək.
Artıq Böyük
Qayıdış proqramına
uyğun olaraq soydaşlarımız öz
dogma yurdlarına dönürlər. Ümumilikdə,
Böyük qayıdış
prosesində 1997 ailə,
7762 nəfər dədə-baba
yurdlarına qayıdıb.
175 ailə (871 nəfər)
Zəngilan rayonunun Ağalı kəndində,
20 ailə (90 nəfər)
Tərtər rayonunun Talış kəndində,
534 ailə (1971 nəfər)
Laçın şəhərində,
822 ailə (3132 nəfər)
Füzuli şəhərində,
217 ailə (823 nəfər)
Laçın rayonunun
Zabux kəndində,
59 ailə (215 nəfər)
Laçın rayonunun
Sus kəndində, 126
ailə (491 nəfər)
Şuşa şəhərində,
44 ailə (169 nəfər)
Xocalı şəhərində
məskunlaşıb.
30 ildən sonra
Qarabağ və Şərqi Zəngəzur
sakinləri dogma yurdlarında seçkilərə
gedərək özlərinə
deputat seçəcəklər.
Seçkilərə hazırlıqlara gəlincə,
MSK-nın son məlumatına əsasən,
Milli Məclisə növbədənkənar parlament
seçkilərində iştirak
üçün 1162 nəfər
müraciət edib,
999 nəfərin isə
namizədliyi təsdiqlənib.
Onlardan 395-i siyasi partiyaları təmsil edir. Ümumilikdə 24 siyasi partiyadan 449 nəfərin namizədliyi
irəli sürülüb.
Deputatlığa namizədliyini
irəli sürənlərdən
911 nəfəri imza vərəqəsi alıb,
111 nəfər isə
imza vərəqələrini
qaytarıb.
Yerlərdə seçkilərin
mütəşəkkil keçirilməsi
üçün hər
cür şərait yaradılır. İşğaldan
azad edilmiş ərazilərdə əvvəlcə
26 seçki məntəqəsi
olduğu halda, indi daha 8 seçki
məntəqəsi yaradılıb.
Ölkəmizdə 125 seçki
dairəsi üzrə
seçicilərin sayı
xeyli artıb. Avqustun 9-dək seçki dairələri üzrə
açıq və qapalı yerlərin müəyyənləşdirilməsi başa çatdırılacaq.
MSK-nın təsdiq
etdiyi Təqvim Planında seçkilərin
keçirilməsi üçün
qanunvericilikdə nəzərdə
tutulmuş əsas hərəkət və tədbirlər, seçki
prosesinin bütün mərhələlərini əhatə
edən zəruri məqamlar öz əksini tapıb.
Plana əsasən
namizədin qeydə alınması üçün
zəruri olan seçki sənədlərinin
dairə seçki komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalana qədər davam edəcək. Daha dəqiq ifadə etsək, namizədliyin qeydə alınması üçün sənədlərin
təqdim olunması müddəti iyulun 13-dən
avqustun 2-nə qədərdir.
Hər bir seçki kampaniyasının
əsas mərhələlərindən
biri seçkiqabağı
təşviqatın aparılmasıdır.
Məhz seçkinin bu mərhələsində
prosesə qoşulan namizədlər özlərini
təbliğ etmək
üçün birbaşa
seçicilərlə təmasa
girərək onların
rəğbətini qazanmaq
imkanı əldə edir, digər namizədlərdən daha
üstün olduğunu
sübut etməyə
çalışır. Bu
isə seçkidə
qalib gəlmək üçün olduqca vacib bir məsələdir.
Azərbaycanın seçki
qanunvericiliyinə əsasən,
seçkiqabağı təşviqat
işləri səsvermə
gününə 23 gün
qalmış başlanır
və səsvermənin
başlanmasına 24 saat
qalmış dayandırılır.
Beləliklə, növbədənkənar
parlament seçkilərinin
təşviqat mərhələsi
avqust ayının
9-da başlanacaq və
ayın 31-i saat
08:00-da dayandırılacaq. Seçkiqabağı təşviqat
işləri qeydə
alınmış namizədlər,
onların səlahiyyətli
nümayəndələri və
vəkil edilmiş şəxsləri, namizədi
qeydə alınmış
siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri
və vəkil edilmiş şəxslər
tərəfindən aparılır.
Respublikamızın seçki qanunvericiliyi seçkilərin müşahidə
edilməsi üçün
də geniş imkanlar yaradır. Aktiv seçki hüququna malik hər bir Azərbaycan
vətəndaşı seçki
dairəsinin ərazisində
seçkiləri müşahidə
edə bilər. Bunun üçün isə ərizələr avqustun 27-dək təqdim edilməlidir.
"Exit-poll" keçirmək
niyyətində olan təşkilatlar isə akkreditasiya üçün
sənədlərini səsvermə
gününə ən
azı 20 gün qalana qədər - avqustun 12-dək Mərkəzi
Seçki Komissiyasına
təqdim etməlidirlər.
Azərbaycanda seçkilərin
təşkili və keçirilməsi üzrə
olduqca zəngin demokratik ənənə və böyük təcrübə mövcuddur.
Bu baxımdan, qarşıdan gələn
seçkilər respublikamızda
demokratik dəyərlərin
tam bərqərar olduğunu növbəti dəfə təsdiq edəcək. Seçicilərin
seçkilərdə iştirakı
isə respublikamızın
inkişaf və yüksəliş reallıqlarına
əsaslanacaq. Xalqımız
öz siyasi mövqeyi ilə Azərbaycana yüksəliş
gətirən, ərazi
bütövlüyümüzü bərpa edən siyasi kursun ətrafında
səfərbər olduğunu
bir daha nümayiş etdirəcək.
Bunu seçkiləri
müşahidə edəcək
beynəlxalq müşahidəçilər
də hər dəfə təsdiqləyiblər.
Bu dəfə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakına
tam şərait yaradılacaq. Mərkəzi
Seçki Komissiyası
26 ölkənin seçki
qurumunu prosesin müşahidəsi üçün
ölkəyə dəvət
edib.
Xarici İşlər
Nazirliyi tərəfindən
seçkiləri izləmək
üçün 7 beynəlxalq
təşkilata dəvət
göndərilib. Bunlar
ATƏT DTİHB, Müstəqil Dövlətlər Birliyi
(MDB), İslam Əməkdaşlıq
Təşkilatı (İƏT), GUAM, Qoşulmama Hərəkatı
Gənclər Təşkilatı,
Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT) və Türk Dövlətləri Təşkilatıdır
(TDT).
Milli Məclis tərəfindən isə
13 beynəlxalq təşkilata
dəvət göndərilib.
Bunlar arasında
ATƏT RA, MDB PA, TÜRKPA, İslam Əməkdaşlığı Təşkilatı Parlament
İttifaqı (İƏT Pİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament
Məclisi (QDİƏTPM), GUAM PA, Asiya Parlament Assambleyası (APA), Pan-Afrika
Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Assambleyası
(İƏT PA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası
Assambleyası (AIPA), Ərəb
Parlamenti, Beynəlxalq
Parlamentarilər Konqresi
(IPC), Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) yer alır.
Bütün bunlar
onu deməyə əsas verir ki, Milli Məclisiə
VII çağırış üzrə seçkilər
hər zaman olduğu kimi demokratik mübarizə şəraitində keçəcək
və ali qanunverici orqanın irəliyə doğru inkişafına daha yüksək səviyyədə
xidmət edəcək.
Bütövlükdə VII çağırış Milli
Məclisə seçkilər
suverenliyini tam təmin etmiş dövlətimizin daha da inkişaf etdirilməsi yollarında qətiyyətlə mübarizə
aparan Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətə layiqli töhfəsini verəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
27 iyul (№ 157).- S.4.