"Azərbaycan
Respublikası Hökuməti
il ə Türkiyə
Respublikası Hökuməti
arasında miqrasiya sahəsində əməkdaşlığa
dair Saziş"in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il iyunun
6-da Ankara şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti
arasında miqrasiya sahəsində əməkdaşlığa
dair Saziş" təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Türkiyə Respublikası
Hökumətinə bildiriş
göndərsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2024-cü il
Azərbaycan.-2024.-
27 iyul (№ 157).- S.2.