Qərbi Azərbaycan İcması bəyanat yayıb

 

Erməni diasporu muzdla tutduğu Luis Okamponu fasad kimi istifadə edərək, Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başlamışdır. Kampaniya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsini hədəf alıb.

"Azərbaycan" qəzeti xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb

Bəyanatda, həmçinin deyilir: "Sözügedən kampaniyanın müəllifi qismində verdiyi müsahibəsində L. Okampo özünü iqlim fəalı kimi qələmə vermiş, Azərbaycana qarşı böhtan atmış soyqırımı, müharibə cinayətləri insanlıq əleyhinə cinayətlərdə ittiham olunan separatçıların azad edilməsini tələb etmişdir.

L. Okamponun bir tərəfdən Azərbaycana soyrıqımı böhtanı atması, digər tərəfdən soyqırımı cinayətlərini törədənlərin azad edilməsini tələb etməsi onun dərəcədə gülünc durumda olduğunu göstərir. Okampo həmin canilərin azad edilməsini tələb etmək əvəzinə, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirməyə çalışmalıdır. Xatırladaq ki, girov götürülmüş azərbaycanlıların həmin dövrdə Ermənistanın ali hərbi rəhbərliyində olan yüksək rütbəli zabitlərin evlərində qul kimi işlədilməsinə, azərbaycanlı əsirlərin vaxtilə işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanda olan düşərgələrdə edam edilməsinə dair təkzibolunmaz ictimai dəlillər vardır.

Özünü iqlim fəalı kimi göstərməyə çalışan Okampo yaxşı olardı ki, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək viran qoyması oraya milyonlarla mina yerləşdirməsi nəticəsində ətraf mühitə sağalmaz yaralar vurması, Ermənistanda azərbaycanlılar yaşamış ərazilərin dağıdılması, dağ-mədən sənayesi ilə hava su hövzələrinə vurduğu zərərlər ilə məşğul olsun.

Qərbi Azərbaycan İcması erməni diasporunun onun muzdlu xidmətçisi Okamponun əməllərini pisləyir beynəlxalq ictimaiyyəti bu cür yaramaz ünsürlərlə mübarizəyə səsləyir".

 

Azərbaycan.-2024.- 27 iyul (№ 157).- S.3.